Yuxarı

16 baş qoyun oğurlayan şəxs saxlanıldı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan Rayon Polis Şöbəsinə rayonun Aşağı Noxudlu kəndi ərazisində yerləşən fermaların birindən 16 baş qoyunun oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Salyan və Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini Eldəniz Musayev yaşadığı rayon ərazisində saxlanılaraq istintaqa təqdim olunub.

Dindirilmə zamanı həmin şəxs cinayət əməlini etiraf edərək, oğurladığı qoyunları Masallı rayonu ərazisində dəyərindən ucuz qiymətə satdığını bildirib.

Faktla əlaqədar E.Musayev barəsində Salyan RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Tarix
2021.09.10 / 20:08
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən 26 iyunla bağlı paylaşım - Foto

Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür

Azərbaycanda saxta alkoqollu içkilər aşkarlandı

Nazirlik növbəti dəfə depozit hərracı keçirdi

Tramp işarə etdi: Ukraynada hərəkətə keçir – Sensasiya

Konqodan olan tələbələr də Azərbaycana təxliyə olundu

Türkiyənin bu şəhəri COP-31-ə namizəd oldu

Məhkəmə Azər Qasımlı ilə bağlı vəsatəti təmin etmədi

Zakir Həsənov yeni generallarla görüşdü

Azərbaycan bu şəxsi Rusiyaya təhvil verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla