Yuxarı

Şahbuzda hərbi sursat aşkarlandı - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şahbuzda hərbi sursat aşkarlandı - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şahbuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Şahbuz rayonunun Badamlı qəsəbəsi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.

Polis əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd F1 əl qumbarası və onun partladıcı hissəsi, 11 ədəd TOZ-8 markalı tufəngin mərmisi, 10 ədəd AK-74 markalı avtomat silahının darağı, 2 ədəd işarə fişəngi, 1 ədəd elektrodetonator, PDM markalı zirehli döyüş maşınına məxsus 1 ədəd optik görmə cihazı, 744 ədəd 7.62 mm-lik və 313 ədəd 5.45 mm-lik avtomat mərmisi olduğu müəyyən edilib.

Sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Tarix
2024.12.08 / 11:16
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı – Video

İlham Əliyev “Avaza” kompleksinə gəldi - Foto

Ümidvaram buna görə Trampa Nobel mükafatı veriləcək

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla