Yuxarı

Narkotikin təsiri altında avtoxuliqanlıq etdi - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Narkotikin təsiri altında avtoxuliqanlıq etdi - Video

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün "Volksvagen" markalı, 77-DD-459 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə "saxla" işarəsi verilsə də o buna məhəl qoymayaraq hərəkətini davam etdirib.

Axar.az xəbər verir ki, bu barədə BŞDYPİ məlumat yayıb.

Bildirilib ki, görülən tədbirlər nəticəsində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan sürücü Ramil Xamadyarov saxlanılıb.

Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı R.Xamadyarovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Xamadyarovun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib.

Tarix
2025.01.20 / 19:51
Müəllif
Axar.az
Digər xəbərlər

"Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir?

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Bakıdakı səfir Acarıstanın sədri ola bilər

İsrailin Azərbaycandakı sabiq səfirinə vəzifə verildi - Foto

Laçın postunun qurulmasının Zəfər tarixində strateji əhəmiyyəti

İran səfiri İlham Əliyevə təşəkkür etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq...

Paşinyan Anna ilə barışdı

Xəzər dənizindəki limanlara hücum... – İran səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla