Yuxarı

Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl oğurlandı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəzifəli şəxsin evindən külli miqdarda oğurluqda təqsirləndirilən Ruhiyyə İdris qızı Məmmədovanın məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

Axar.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ilk olaraq "polis nəzarəti altına vermə" qətimkan tədbiri seçilən Ruhiyyə Məmmədovanın anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, R.Məmmədova əvvəllər də oğurluq əməlinə görə məhkumluq həyatı yaşayıb. 3 övladı var, evdar xanımdır.

Cinayət işində zərərçəkən qismində tanınan Əmir Şirinbəyli hazırlıq iclasında iştirak etməyib. Anket məlumatına görə, Ə.Şirinbəyli Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) katibliyinin sədr müavini vəzifəsində çalışır.

Hakim Telman Hüseynov anket məlumatlarını dəqiqləşdirdikdən sonra cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı tərəflərin fikirlərini öyrənib.

Dövlət ittihamçısı Valeh Ələkbərov işin məhkəmə baxışına verilməsi və təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin dəyişdirilməməsi ilə bağlı təklif irəli sürüb.

Hakim korpusu müşavirə otağından qayıtdıqdan sonra qərarı elan edib.

İttiham aktına görə, Ruhiyyə Məmmədova Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda təqsirli bilinir.

Qeyd edək ki, təqsirləndirilən şəxs Ruhiyyə Məmmədova baş vermiş cinayət əməlində özünü təqsirli bilib.

Məhkəmə prosesi 31 yanvar tarixinə kimi təxirə salınıb.

Tarix
2025.01.20 / 19:29
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh sazişi razılaşdırıldı: Bakının əsas narahatlığı qalır

Bakı ilə sülh bizi dosta çevirməyəcək - Mirzoyan

Sülhdən sonra Bakı və İrəvan bu iddialardan geri çəkiləcək

Baş nazir Milli Məclisdə hesabat verir

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Britaniya Azərbaycana ilk dəfə attaşe təyin etdi - Foto

Trampın xüsusi elçisi Moskvadan Bakıya gəldi - KİV

Putinin atəşkəs şərtləri: Ukrayna nələri itirəcək?

BMT İrəvanın Vardanyan iddiasını rədd etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla