Yuxarı

Bakıda məşhur otelin sahibi elektron qolbaqda gəzəcək

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda məşhur otelin sahibi elektron qolbaqda gəzəcək

Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsində fəaliyyət göstərən "Şah" adlı oteldə qumar oyunu təşkil edənlərə cəza verilib.

Axar.az Qaynarinfo-ya istinadla xəbər verir ki, qumar oyununun təşkilinə görə otel sahibi, 1989-cu il təvəllüdlü Xaliq Məmmədsadıqov, orada ofisiant kimi çalışan 1998-ci il təvəllüdlü Hikmət M. və 1998-ci il təvəllüdlü Mirəli D. saxlanılıblar.

Onlar barəsində açılan Cinayət Məcəlləsinin 244-1.2.1; 244-1.2.4-cü maddələri ilə cinayət işinə məhkəmədə baxılıb. Təqsirləndirilən şəxslər otel müştərilərinə kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunları təşkil ediblər. Aparılan araşdırma zamanı sözügedən oteli biznes fəaliyyəti ilə məşğul olan Namiq və Xaliq Məmmədsadıqov qardaşlarının idarə etdiyi məlum olub. Otelə daha çox nəzarəti Namiq Məmmədsadıqov etsə də, təqsirləndirilən ofisiantların sözlərinə görə, otelin digər sahibi Xaliq Məmmədsadıqov qumara qarşı olub. Ofisiantlar ifadələrində qumar oyunlarını Namiq Məmmədsadıqovun tapşırığı ilə təşkil etiklərini deyiblər.

"Namiq hər dəfə bizə deyirdi ki, onun güclü "arxası", tanışları var. Oteldə qumar oynayanlara rahat qulluq edin. Namiq otelin rəhbəri olduğu üçün biz onun bu təklifindən qorxmadıq", - deyə onlar bildiriblər.

Otelin sahibi Namiq isə ifadəsində "Şah" otelində qumar oyunlarının keçirilməsindən və təşkil edilməsindən məlumatı olmadığını və icazə vermədiyini deyib:

"Həmin oyunçuların orada qumar oynamasını Hikmət və Mirəli təşkil edib. Özümü ona görə qismən təqsirli bilirəm ki, kollektivi düzgün seçməmişəm".

Oteldə qumarın təşkilatçısı kimi ofisiant Hikmət M. 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. O, məhkəmə iclas zalında həbs edilib. Otelin sahibi Xaliq Məmmədsadıqov və Mirəli D. 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunublar. Hər iki şəxsə cəza çəkdiyi müddətdə elektron nəzarət qolbağı tətbiq edilib.

Tarix
2025.04.05 / 01:04
Müəllif
Axar.az
Digər xəbərlər

İtaliya döyüşlərdə həlak olan 120 azərbaycanlını andı - Foto

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Xahişimi yerinə yetirdi, İrana təşəkkür edirəm - Tramp

Latviya prezidenti Ağ Şəhərdən danışdı: Möcüzə...

Prezidentlər biznes-forumda iştirak etdilər

İran BƏƏ-də iqlim silahına zərbə endirdi, quraqlıq bitdi – Şok

İlham Əliyevdən Rinkeviçslə görüşlə bağlı paylaşım - Video

Qriqoryanın Güllə Yunanıstanda qəribə görüşü - Foto

Bu nazirlik də yoxlamadan “üzüağ” çıxmadı

Hərbi xidmətlə bağlı bu cəzalara təkrar baxılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla