Yuxarı

Millimizdən dünya çempionatında böyük uğur

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millimizdən dünya çempionatında böyük uğur

Azərbaycan Savat Federasiyası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2025-ci il üçün nəzərdə tutulmuş təqvim planına uyğun olaraq, 23–27 iyul tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilmiş Savate Assaut üzrə Gənclərin Dünya çempionatında uğurlu nəticələr əldə ediblər.

Bu barədə Axar.az-a federasiyadan məlumat verilib.

Məlumata görə, çempionatda Azərbaycan Savat Federasiyasının gənclərdən ibarət milli komandası 8 idmançı ilə təmsil olunub, yüksək nəticələr əldə edib. Milliyə rəhbərliyi baş məşqçi Taleh Nağızadə edib.

Dünya çempionatı üzrə 60 kq çəki dərəcəsində Ələkbər Xanməmmədov qızıl, Yusif Xəlilzadə (48), Ümid Zeynalov (52), Məhəmməd Məmmədli (56), Nicat Məhəmmədli (65), Nihat Quliyev (70), Əli Bəylərzadə (75), Məhəmməd Süleymanov (85) bürünc olmaqla ümumilikdə 8 medal qazanıblar.

Dünya Kuboku üzrə nəticələr isə belədir:

- 30 kq- Raul Hüseynzadə – qızıl medal ( Yeniyetmələr)

- 85 kq- Beyrək Bağırov – bürünc medal (Böyüklər)

- 35 kq- İbrahim İbrahimli – bürünc medal (Yeniyetmələr)

Ümümilikdə Dünya Kubokunda idmançılarımız Azərbaycanın aktivinə 3 medal qazandırıblar.

Tarix
2025.07.31 / 23:07
Müəllif
Axar.az
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla