Yuxarı

"Qarabağ"a uduzanda Barselonada idim, prezident dedi ki...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ"a uduzanda Barselonada idim, prezident dedi ki...

Məşhur futbol mütəxəssisi Joze Mourinyo “Benfika”nın baş məşqçisi təyin olunmasını şərh edib.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, o, bu barədə Portuqaliyanın “A Bola” nəşrinə geniş müsahibəsində bildirib.

Mourinyo deyib: “Dörd-altı il əvvəl mənimlə “Benfika” əlaqə saxlamışdı, amma onda işim vardı deyə, heç nə alınmadı. Bu yay isə ümumiyyətlə, klubla heç bir təmasım olmamışdı. Heç kimlə. “Fənərbağça” ilə müqaviləm var idi və onu sona qədər yerinə yetirmək fikrindəydim. Portuqaliyaya klub məşqçisi kimi qayıtmaq barədə heç düşünmürdüm. Həmişə hesab edirdim ki, Roberto Martínez 2026-cı il dünya çempionatını qazana bilər, sonra da şərəflə ayrılmaq istəyəcək və həmin vaxt mən gələcəyəm”.

Mourinyo bu təyinatının “Benfika”nın Çempionlar Liqasında “Qarabağ”a məğlubiyyətdən (2:3) sonra baş tutmasına da toxunub:

“Benfika”a "Qarabağ’”a oyunu uduzduğu gün mən xanımımla birlikdə Barselonada idim. Ertəsi mənə birbaşa prezidentin özü zəng edərək dedi: “Cənab, danışa bilərikmi? Mən “Benfika”da işləyə biləcək bir baş məşqçi görmək istərdim”. Mən də cavab verdim ki, günün sonunda Portuqaliyaya gələcəyəm və danışarıq. Bütün hekayə bundan ibarətdir”.

Tarix
2025.09.24 / 00:10
Müəllif
Axar.az
Digər xəbərlər

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

Vüsal Aslanova sosial şəbəkədə nələr yazırlar...

Rixard Raşi Xankəndidə səfərdədir - Foto

Şahin Mustafayev Overçukla görüşdü

İlham Əliyev Türküstanda mədəni məkanlarda oldu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla