Yuxarı

Azərbaycanın heyətində “Qarabağ”ın 7 futbolçusu var...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın heyətində “Qarabağ”ın 7 futbolçusu var...

Biz bütün rəqiblərimizə hörmət edirik. Azərbaycanlı futbolçular Ukrayna ilə son ev oyununda qazandıqları nəticə (1:1) sayəsində milli ruha sahibdirlər. Onların itirəcəyi heç nə yoxdur. Meydanda bütün güclərini ortaya qoyacaqlar.

Axar.az xəbər verir ki, bu sözləri futbol üzrə Fransa yığmasının baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində Parisdə Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis komandasının qapısı qarşısında təhlükəli vəziyyətlərin yaranmasına imkan verməyəcəklərini bildirib:

“Meydana “100 faiz qələbə qazanacağıq” düşüncəsi ilə çıxmamalıyıq. Rəqibin heyətində bu mövsüm Çempionlar Liqasına yaxşı başlayan “Qarabağ”ın 7 futbolçusu var. Bizdən çox şey asılı olacaq. Azərbaycan millisi mümkün qədər yaxşı müdafiə olunmağa çalışacaq. Müdafiəni yarmaq üçün həll yolları tapmalıyıq”.

O, hazırda İslandiyanı deyil, Azərbaycan millisi ilə oyunu düşündüyünü vurğulayıb:

"Əvvəldən eyni oyunçuları meydana buraxmaq fikrində deyiləm. Hazırda yalnız sabahkı matçı düşünürəm. Çünki meydanda hər şey əleyhimizə dəyişə bilər”.

Qeyd edək ki, oktyabrın 10-da “Park de Prens” stadionunda keçiriləcək Fransa - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Tarix
2025.10.09 / 15:25
Müəllif
Axar.az
Digər xəbərlər

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla