20:26
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin
cavab oyunlarına start veriləcək.
Axar.az xəbər verir ki, günün ilk oyunu Bakıda olacaq.
Məlumata görə, "Qarabağ" "Viktoriya"ilə qarşılaşacaq.
Qurban Qurbanovun komandası "Viktoriya"nı mübarizədən
uzaqlaşdıracağı təqdirdə, Azərbaycan futbolunda ilkə imza atacaq.
Buna qədər heç bir klubumuz ÇL-də III təsnifat mərhələsini uğurla
adlamayıb.
20:46
Axar.az UEFA-nın saytına istinadən xəbər verir ki,
komandalar meydana aşağıdakı tərkibdə çıxır:
"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel,
Reynaldo, Muarem Muarem, Rəşad Sadıqov (k), Riçard Almeyda, Ansi
Aqolli, Bədavi Hüseynov, Dani Kintana
Ehtiyat oyunçular: Şahruddin Məhəmmədəliyev, Rahid Əmirquliyev,
İlqar Qurbanov, Əfran İsmayılov, Elvin Yunuszadə, Əlhərbi Əl
Jadeuyi, Coşqun Diniyev
"Viktoriya":Matus Kozaçik, Lukas Heyda, Ales Mateju, Roman
Hübnik (k), Tomas Horava, David Limberski, Milan Petrjela, Mixal
Duris, Partik Hrosovski, Daniel Kolar, Yan Kovarik
Ehtiyat oyunçular: Petr Bolek, Yan Kopik, Reznik, Mixael
Krmençik, Marek Bakoş, Frantişek Rajtoral, Tomas Kuçera.
20:59
Matçın 28-ci dəqiqəsində "Qarabağ"ın oyunçusu Muharrem Muharrem
hesabı açıb: 1:0
22:08
"Viktoriya" matçın 86-cı dəqiqəsində Krmençikin qolu ilə hesabı
bərabərləşdirdi: 1-1.
22:19
"Qarabağ" "Viktoriya" ilə Bakıda
1-1 hesablı bərabərliyə imza atdı. Bu nəticə "Qarabağ"ın pley-of-a
yüksəlmək şansının üstündən xətt çəkdi.