Yuxarı

"Kəpəz"in futbolçusu bıçaqlandı: vəziyyəti ağırdır

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Kəpəz"in futbolçusu bıçaqlandı: vəziyyəti ağırdır

09:13

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Axar.az APA-ya istinadən xəbər verir ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

O, dərhal əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Bıçaqlanan şəxs "Kəpəz" futbol klubunun oyunçusudur. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, V.Rzayev bu il yanvarın 7-də "Kəpəz"ə transfer olunub.

***

Gəncənin "Kəpəz" komandasının 24 yaşlı oyunçusu Veysəl Rzayev bıçaqlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxs axtarılır.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan məlumat verilib.

Qeyd olunub ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır, əməli törətməkdə şübhəli bilinən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər görülür.

***

Fevralın 3-ü saat 05:10 radələrində 2002-ci il təvəllüdlü Veysəl Rzayev Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Gəncə Şəhər Birləşmiş Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, ona döş qəfəsinin arxa divarınının açıq yarası diaqnozu təyin olunub:

"Hazırda müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır".

Tarix
2026.02.03 / 09:59
Müəllif
Axar.az
Digər xəbərlər

Bakının axtardığı Kayanı Cübbəli ifşa etmişdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla