Yuxarı

Bacısını güllələyib öldürdü, cəzadan azad edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bacısını güllələyib öldürdü, cəzadan azad edildi

Sabirabadda bacısını güllələyib öldürən 1986-cı il təvəllüdlü Murtuz Məmmədov cəzadan azad edilib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsində qərar qəbul edilib.

Məhkəmənin qərarı ilə M.Məmmədovun hadisəni anlaqsız vəziyyətdə törətdiyi məlum olub və o, cəzadan azad edilərək məcburi müalicəyə göndərilib.

İttihama görə, hadisə rayonun Qardaşkənd kəndində baş verib. Kənd sakini, 1986-cı il təvəllüdlü M.Məmmədov ov silahı əldə edərək, səhər saatlarında bir evdə yaşadığı bacısı Ülviyyə Məmmədovanın yataq otağına gəlib. O, otaqda yatmış vəziyyətdə olan bacısına boğaz nahiyəsindən iki dəfə atəş açaraq qətlə yetirib. M.Məmmədov daha sonra silahla birlikdə evdən qaçıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən M.Məmmədov saxlanılıb və istintaqa təhvil verilib.

Tarix
2026.06.15 / 14:22
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

Ulu Öndərin qayıdışı ölkəmizin taleyində dönüş anı oldu

Rəsmi Bakıdan ABŞ-İran razılaşmasına münasibət

Türkmənistan prezidenti Azərbaycana gələcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla