Meksikalı qadın futbolçu müəmmalı şəkildə həyatını itirdi
13:20
| Ana səhifə Planet |
|
ABŞ Prezidenti Donald Tramp Fransa lideri Emmanuel Makronu ABŞ-ın texnologiya şirkətlərinə tətbiq edilən rəqəmsal verginin ləğv olunmayacağı təqdirdə Fransa şərabları və şampanlarına 100 faizlik rüsum tətbiq etməklə hədələyib.
Axar.az xəbər verir ki, bu barədə Tramp Nyu York Post qəzetinə müsahibəsində danışıb.
Tramp bildirib ki, o, Makrondan ABŞ texnologiya şirkətlərinə tətbiq edilən 3 faizlik vergini ləğv etməyi tələb edib:
“Mən ondan (Makrondan – red.) xahiş etdim ki, Amerika şirkətlərindən vergi almasınlar. Əgər bunu etsələr, mənim Fransa istehsalı olan bütün şampan və bütün şərablara 100 faizlik rüsum tətbiq etməkdən başqa seçimim qalmayacaq”.
|
Tarix
2026.06.15 / 11:41
|
Müəllif
Nihad Tahirov
|