Yuxarı

DÇ-də yeni qayda ilk dəfə tətbiq olundu - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
DÇ-də yeni qayda ilk dəfə tətbiq olundu - Video

Paraqvay millisinin futbolçusu Migel Almiron mübahisə zamanı ağzını əli ilə örtdüyünə görə meydandan qovulan ilk oyunçu kimi futbol tarixinə düşüb.

Axar.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ikinci turu çərçivəsində Türkiyə yığmasına qarşı keçirilən görüşün birinci hissəsinin sonlarında paraqvaylı İsidro Pittanın qazona yıxılmasından sonra komanda üzvləri arasında qarşıdurma yaranıb.

Məhz bu zaman Almiron ağzını əli ilə örtərək türkiyəli futbolçu Mert Müldürə nəsə deyib. Onun meydandan qovulması qərarı yalnız videoköməkçi hakimin (VAR) müdaxiləsindən sonra qəbul edilib.

Xatırladaq ki, dünya çempionatı başlamazdan əvvəl Beynəlxalq Futbol Federasiyası (FİFA) qaydalarda bir sıra ciddi dəyişikliklər edib. Yeni qaydalara əsasən, ağzını əli, çiyni və ya forması ilə örtən istənilən futbolçu birbaşa qırmızı vərəqə ala bilər. Bu cür hərəkətlər danışığın məzmununu telekameralardan gizlətmək cəhdi kimi qiymətləndirilir.

Qeyd edək ki, matç Paraqvayın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu məğlubiyyətdən sonra Türkiyə millisi pley-off şanslarını itirib.

Tarix
2026.06.20 / 11:14
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib - HP

Azərbaycan ilk dəfə MDB-nin sədri olacaq - Lebedev

“Sülh körpüsü”: ikitərəfli dəyirmi masa başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla