Yuxarı

Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella futbolçularından başlarını dik tutmalarını istəyib.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu italiyalı mütəxəssis DÇ-2026-nın qrup mərhələsində Paraqvaya qarşı keçirilən oyundan sonra deyib.

O, məğlubiyyətin acı olduğunu söyləyib:

"Çox üzgünəm. Türk millətinin böyük gözləntiləri var idi. Bizim də gözləntilərimiz çox böyük idi. Türkiyə Futbol Federasiyası adından da çox üzgünəm, onların necə çalışdıqlarını bilirəm. Futbolçuların necə əziyyət çəkdiklərini də bilirəm. 35 ildir futbolun içindəyəm. Belə hal adətən 50 ildə bir dəfə baş verər, amma bizim başımıza cəmi iki oyunda gəldi. İki matçda qapıya 65 zərbə vurduq. Topa sahibolma faizindən isə heç danışmıram. Bəxt bu dəfə bizim tərəfimizdə deyildi. Futbolçularımıza dedim ki, başlarını dik tutsunlar. Bəzən deyirlər ki, qismətdən o yana yol yoxdur".

O, sözlərinə belə davam edib:

"Mən həmişə futbolçularımızın nə qədər çalışqan və istəkli olduqlarına baxıram. Meydandakı ruhlarına və mübarizə əzmlərinə diqqət yetirirəm. Hamısında inanılmaz bir istək və həvəs var idi. Hər iki oyunda sonadək mübarizə apardılar. Mən onlara hər zaman dəstək olacağam. Heç kim məsuliyyətdən yayınmadı, hər kəs əlindən gələni etdi və mübarizə apardı. Təəssüf ki, bu dəfə alınmadı".

Qeyd edək ki, Türkiyə seçməsi D qrupundakı ikinci matçında Paraqvaya 0:1 hesabı ilə uduzub. Bu nəticədən sonra "ay-ulduzlular"ın növbəti mərhələyə yüksəlməyəcəyi dəqiqləşib.

Tarix
2026.06.20 / 11:50
Müəllif
Axar.az
Digər xəbərlər

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

Qubadlının azad edilməsi müharibədə mühüm rol oynadı

Azərbaycan üzərindən Kuşnerə 1 milyard köçürülüb?

Tramp hazırlaşır: İrana hücumun detalları

Azərbaycan və Hindistan XİN rəhbərləri görüşdü

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla