Yuxarı

Argentina niyə bacarmadı? – Detallar açıqlandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Argentina niyə bacarmadı? – Detallar açıqlandı

Ümumiyyətlə, 2026-cı il Dünya Çempionatı mənə görə çox maraqlı oldu. Yeni komandalar gördük. Bizə aydın oldu ki, hamı futbol oynamaq istəyir, hamı futbol oynamağı öyrənib, hamı mübarizə aparmağı bacarır.

Bu sözləri Axar.az-a açıqlamasında futbol eksperti Natiq Muxtarlı 2026-cı il FİFA Dünya Kubokunu şərh edərkən deyib.

Onun sözlərinə görə, çempionatın qalibi tamamilə ədalətli oldu:

“İspaniya komandası hazırda dünya futbolunun favoritidir. Bu komanda bu günün yox, sanki gələcəyin futbolunu oynayır. Argentinanı finalda seçdiyi taktikaya görə heç kim qınaya bilməz. Argentinanın başqa yolu yox idi. Bu komanda əsasən Messinin ətrafında qurulmuşdu və onun sayəsində finala qədər gəlib çıxmışdı.

Yarımfinalda İspaniya ulduzlarla dolu Fransa millisini sözün əsl mənasında əzdi. Fransa kimi komandaya top verməyən İspaniyanın finalda Argentinaya da top verməyəcəyi əvvəlcədən bəlli idi”.

Ekspert hesab edir ki, finalda iki seçim var idi:

“Bir tərəfdə nəinki bir futbolçuya, ümumiyyətlə, bütün komandaya top verməyən İspaniya, digər tərəfdə isə topsuz heç nə edə bilməyən Messi. Messiyə top çatmayacaqsa, o, meydanda təsirsiz bir fiqura çevriləcəkdi. Elə də oldu. İspaniya Messiyə top vermədi. Nəticədə Argentinanın İspaniyanın qapısına qol vurmaq üçün, demək olar ki, heç bir şansı olmadı. Yeganə ümid standart vəziyyət ola bilərdi. Məsələn, cərimə meydançasının qarşısında qayda pozuntusu edilərdi və Messi cərimə zərbəsindən qol vurardı. Amma buna da imkan vermədilər. Hətta cərimə meydançasının qarşısında qaydanı belə pozmadılar.

Bu isə həmin komandanın nə qədər yüksək keyfiyyətə malik olduğunu göstərir. Mənə görə, bu komanda İspaniya deyil. Bu, əslində “Barselona”dır. Komandanın heyətində 9-10 futbolçu “Barselona”dandır. Oynadıqları sistem də tamamilə “Barselona”nın sistemidir.

Bu sistem uzun illərdir İspaniyaya uğur gətirir. 2008-ci ildə Avropa çempionu oldular. Heyət əsasən “Barselona” futbolçularından ibarət idi. 2010-cu ildə dünya çempionu oldular. Yenə heyətin əsasını “Barselona” futbolçuları təşkil edirdi. 2012-ci ildə yenidən Avropa çempionu oldular. Yenə də eyni sistem və eyni futbol məktəbi. Sonra həmin nəsil getdi.

Söhbət Xavi, İnyesta kimi futbolçuların yer aldığı nəsildən gedir. Həmin nəsil getdikdən sonra “Barselona”da nəsil dəyişikliyi baş verdi. Komandanın İspaniya çempionatındakı uğurları azaldı. Bununla paralel olaraq, İspaniya millisinin də oyunu zəiflədi.

Daha sonra isə “Barselona” akademiyası yeni istedadlar yetişdirdi. “Barselona” yenidən İspaniya çempionatında yüksəlişə keçdi və bunun ardınca İspaniya millisi də əvvəlki gücünü bərpa etdi. Düşünürəm ki, bu komanda qarşıdakı ən azı 10 il ərzində dünya futbolunun əsas favoritlərindən biri olacaq. Çünki bu nəsil hələ çox gəncdir”.

Natiq Muxtarlı digər komandaların bundan sonra həm “Barselona”nı, həm də İspaniya millisini zərərsizləşdirməyin yollarını axtaracaqlarını deyir:

“Amma belə bir yol varmı? Bir komanda ki oyun boyu rəqibinə top vermir, topa 70% nəzarət edir... Sanki top maqnit kimi futbolçuların ayağına yapışır. Belə bir komandanı necə məğlub etmək olar?! Hələ ki, mən bunun cavabını görmürəm.

İspaniyanın oynadığı futbol tamamilə fərqli səviyyədə idi. Mənim futbol təcrübəm xeyli var. Təxminən 1978-ci ildən bəri futbola baxıram və rəqibləri üzərində bu qədər əzici üstünlüyə malik olan milli komanda görməmişəm.

Çox baxımlı dünya çempionatı oldu. Finaldakı məğlubiyyətə görə Argentinanı qınamağa dəyməz. Bükə bilmədiyin əli öpməlisən. Müasir dövrdə bu finalda Argentinanın yerinə hansı komanda oynasaydı, eyni aqibəti yaşayacaqdı. Finalda İngiltərə olsaydı da, nəticə dəyişməyəcəkdi. Çünki yarımfinalda Fransanın yaşadığı aqibəti artıq görmüşdük. Buna görə də tam haqlı olaraq dünya çempionu İspaniya oldu”.

Tarix
2026.07.20 / 13:40
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

İlham Əliyev Mixael Harmsla görüşdü

İlham Əliyev Almaniyaya səfər etdi - Foto

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Almaniya Azərbaycana yeni səfir təyin etdi

Prezidentdən İspaniyanın qələbəsi haqda: Yüksək ustalıq...

DÇ-2026-nın finalı: Hikmət Hacıyevin şifrəli mesajı? - Video

Tramp və Sançez DÇ-nin finalında barışdı? - Foto

Hörmüz tam olaraq “məhv edilir” – Mühüm plan

Rusiya elitası Moskvanı təcili tərk edir - Video

Ermənistanda etiraf: Bakı yeni mərhələyə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla