Yuxarı

Rodri İspaniya nəhəngi ilə anlaşdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rodri İspaniya nəhəngi ilə anlaşdı

İspaniya millisinin və İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Rodri Ernandes bu yay “Real Madrid”ə keçməyə çox yaxındır.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.

Mənbənin iddiasına görə, 30 yaşlı yarımmüdafiəçi şəxsi “Real Madrid”ə razılıq verib. Tərəflər arasında müqavilə detallarının yekunlaşdırılmasına az qalıb. Bildirilir ki, klub prezidenti Florentino Peres də 2024-cü ilin “Qızıl top” mükafatçısını transfer etməkdə getdikcə daha qətiyyətli mövqe tutur.

Hazırda Rodri ilə “Mançester Siti” arasında müqavilənin müddəti cəmi bir ildir. İngiltərə klubu bir müddət əvvəl ona yeni müqavilə təklif etsə də, ispan futbolçu hələlik bu təklifə cavab verməyib.

Klublar arasında rəsmi danışıqlar hələ başlamayıb. Lakin “Real Madrid” “Mançester Siti”nin tələb edəcəyi məbləği ödəməyə razı olsa, Rodrinin “Santyaqo Bernabeu”ya transferi tezliklə reallaşa bilər.

Qeyd edək ki, Rodri DÇ-2026-da İspaniya millisi ilə çempion olub. O, həmçinin turnirin ən dəyərli futbolçusu (MVP) seçilib.

Tarix
2026.07.22 / 12:23
Müəllif
Axar.az
Digər xəbərlər

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

İrəvan anlamalıdır ki, sülhdən başqa alternativi yoxdur...

Kobaxidze Azərbaycana gəlir

Türkiyənin 31 vətəndaşı "arzuolunmaz şəxs" elan edildi

Bu halda Türkiyə ilə sərhəd açılmayacaq - Adamyan

Azərbaycanlı çoban Ermənistana keçdi

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla