Yuxarı

"Neftçi" öndə olduğu matçda "Dinamo"ya uduzdu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Neftçi" öndə olduğu matçda "Dinamo"ya uduzdu

19:27

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda qarşılaşacaq “Neftçi” və Belarusun “Dinamo” (Minsk) komandalarının start heyətləri açıqlanıb.

Axar.az xəbər verir ki, komandalar saat 20:00-da “Palms Sports Arena”da keçiriləcək matçda meydana aşağıdakı heyətlə çıxacaqlar:

"Neftçi": 1. Emil Balayev, 77. Falaye Sako, 55. Andrey Qravillon, 5. İqor Ribeyro, 24. Mustafa Sek, 20. Qustavo Klismann, 6. Sessi Dalmeyda, 8. Emin Mahmudov (k), 33. Breno Almeyda, 11. İmad Faraj, 29. Lubomir Tupta

Ehtiyat oyunçular: 13. Kenan Piriç, 93. Rza Cəfərov, 3. Rüfət Abbasov, 4. Elvin Camalov, 7. Emil Səfərov, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 18. İfeanyu Metyu, 80. Aslan Şirinov, 82. Məhəmməd Məmmədli, 91. Ağadadaş Salyanski, 97. Bassala Sambu

Baş məşqçi: Yuri Vernidub

"Dinamo": 1. İvan Şimakoviç, 25. Abdul Aziz Ture, 26. Vladislav Kalinin, 12. Aleksey İvanov, 44. Qleb Qurban, 42. Favaz Abdullahi, 23. Aleksey Zençko, 8. Aleksandr Selvaya, 7. Yevgeni Malaşeviç, 30. Mustafa Djimet, 10. Karen Vardanyan

Ehtiyat oyunçular: 21. Danila Radkeviç, 2. Matvey Dubatovka, 3. Maksim Şetsov, 5. Danil Duşevski, 9. Andrey Lutskoviç, 11. Quljigit Alikulov, 13. Vladislav Poloz, 19. Rayan-Eli Qibero, 24. Aleksey Valkuliç, 27. Mixail Aleksandrov, 78. Artyom Sokolovski, 80. Leonard Qvet

Baş məşqçi: Aleksandr Şaqoyko

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 30-da Minskdə təşkil olunacaq. Bu görüşün qalibi "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün güclüsü ilə üz-üzə gələcək.

***

Qarşılaşma saat 20:00-da start götürüb.

***

Matçın 2-ci dəqiqəsində "Neftçi"nin oyunçusu Emin Mahmudov hesabı açıb: 1 - 0

***

Azərbaycan təmsilçisi ikinci topu rəqibin qapısından keçirib - 2:0.

Qonaqlardan Aleksandr Selyava 8-ci dəqiqədə avtoqol müəllifi olub.

***

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyununda növbəti qol vurulub.

Rəqib hesab arasındakı fərqi azaldıb: 2-1.

36-cı dəqiqədə Karen Vardanyan fərqlənib.

***

Qonaqlar hesabı bərabərləşdirib: 2-2.

47-ci dəqiqədə Yevgeni Malaşeviç fərqlənib.

***

57-ci dəqiqədə K.Vardanyan növbəti qoluna imza atıb: 2-3.

***

77-ci dəqiqədə rəqib komandanın oyunçusu G.Alukulov 4-cü topu "Neftçi"nin qapısından keçirib: 2-4

***

"Palms Sports Arena"da qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 4:2.

Xatırladaq ki, cavab oyunu iyulun 30-da keçiriləcək. Cütün qalibi növbəti raundda "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) duelinin güclüsü ilə görüşəcək.

Tarix
2026.07.22 / 21:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla