Yuxarı

Məğlubiyyətə görə mən günahkaram - Vernidub

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məğlubiyyətə görə mən günahkaram - Vernidub

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub "Dinamo" (Minsk, Belarus) ilə oyundakı məğlubiyyətə görə özünü günahlandırıb.

Axar.az xəbər verir ki, mütəxəssis bu barədə mətbuat konfransında deyib.

O, Bakıda Belarus təmsilçisinə 2:4 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu haqqında danışıb:

"Məğlubiyyətə görə mən günahkaram. Komandamız 15-20 dəqiqə tam üstünlüklə oynadı və iki qol vurdu. Sonra meydanda səhvlər oldu. Emil Balayev birinci hissədə zədələndi, amma oynamağa davam etdi. Buna baxmayaraq qapısında qol gördü. Fasiləyə də üstün yollandıq. Həmin vaxt ab-hava yüksək səviyyədə idi. Bütün qolları səhvlərə görə buraxdıq".

O, bir neçə qol epizodundan yararlana bilmədiklərini söyləyib:

"Sən qol vura bilməyəndə rəqib fərqlənir. Bu qarşılaşmanı təhlil etməli və nəticə çıxartmalıyıq. Futbolçular haqqında danışmaq istəmirəm. Bu, düzgün yanaşma olmaz".

Baş məşqçi istefa vermək barədə düşünmədiyini sözlərinə əlavə edib:

"Cavab görüşünə hazırlaşacağıq. Səfərdə qələbə qazana bilərik. Məşqçiyə işləmək üçün imkan yaratmaq lazımdır. Tez-tez mütəxəssis dəyişmək yaxşı nəticələrə gətirib çıxarmır. Futbolda məğlubiyyət də var. Belə hallar olur".

Xatırladaq ki, cavab oyunu iyulun 30-da keçiriləcək. Cütün qalibi növbəti raundda "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) duelinin güclüsü ilə görüşəcək.

Tarix
2026.07.22 / 22:50
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla