Yuxarı

110 avrokubok oyunu oynamışam, burada... - Sadıqov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
110 avrokubok oyunu oynamışam, burada... - Sadıqov

Mərhələnin ilk oyununda uduzmuşuq. Sabah ikinci oyuna doğma azarkeşlərin qarşısında çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, qalib gələk, mərhələni keçək. Başa düşürük ki, rəqibin müəyyən üstünlüyü var. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirib, qalib gələk və mərhələ adlayaq.

Axar.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Payde" (Estoniya) ilə cavab matçından əvvəl təşkil edilən mətbuat konfransında deyib.

R.Sadıqov "Payde" ilə ilk mərhələdə mübarizədən kənarlaşdırdıqları "Torpedo"nu müqayisə edib:

"Bir çox suallara istədiyim kimi cavab verə bilməyəcəm. Rəqib də təhlil edir, hər açıqlamaya baxır. Oyun üslubu olaraq bir-birinə bənzəyən komandalardır. Bir az fərqli oyunlar alındı. Bəzi sualların cavabını sabah mətbuat konfransında açıqlayarıq. Oyun istədiyimiz kimi keçirdi. Ümumi çıxışımızdan razı qaldım. Oyuna nəzarət edən tərəf biz idik. Sadəcə qarşımızda təcrübəli və nəticəyə oynaya bilən komanda var idi. Bunu oyun ərzində də hiss etdik. Rəqib bizi çox yaxşı təhlil etmişdi. Nəticə üçün uğurlu oyun planı qurmuşdular. Hücumları qola çevirə bilmədik. Son 10 dəqiqə istəmədiyimiz şəkildə keçdi. Çoxsaylı kornerlər, aut atışları oldu. Buraxdığımız qol bizi məyus etdi. 110 avrokubok oyunu oynamışam, burada elə-belə rəqib olmur. Hansısa oyun istədiyin kimi rahat gedər, amma hər an rəqib nəticəni dəyişə bilər. Bəzən yaxşı oynamaq kifayət etmir. Yaxşı nəticə qazanmaq istəyirik. Rəqib təcrübəlidir, heyətində təcrübəli oyunçular çoxdur, yaxşı məşqçiləri var. Sabah əlimizdən gələni edəcəyik ki, oyun planımız işləsin, bizim oyunumuz alınsın".

Qeyd edək ki, "Zirə" "Payde" ilə səfərdə keçirilən ilk görüşdə 0-1 hesabı ilə uduzub. Sabah Sumqayıtda keçiriləcək cavab matçı 20:00-da başlayacaq.

Tarix
2026.07.29 / 19:28
Müəllif
Axar.az
Digər xəbərlər

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla