Yuxarı

FİFA dostlarını zənginləşdirmək üçün... - UEFA-dan etiraz

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
FİFA dostlarını zənginləşdirmək üçün... - UEFA-dan etiraz

UEFA FİFA-nın dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq planları ilə bağlı növbəti dəfə bəyanat yayıb.

Axar.az xəbər verir ki, Avropa futbol qurumunun yaydığı bəyanatda FİFA-nın milli futbol assosiasiyalarına sözügedən təklifləri dəstəkləmək üçün son tarix müəyyənləşdirməsinə münasibət bildirib.

"Bu gün biz FİFA-nın assosiasiyalara öz təkliflərini dəstəkləmək və ya birdəfəlik ödəniş təklifinin geri götürülməsi ilə bağlı müəyyən etdiyi son tarixdən xəbər tutduq. Bu, sözügedən plan haqqında bilməli olduğunuz hər şeyi göstərir", - deyə UEFA-nın bəyanatında qeyd olunub.

Vurğulanıb ki, futbol ictimaiyyətinin müxtəlif nümayəndələri ilə aparılan müzakirələr FİFA-nın bu təşəbbüsünə qarşı ciddi və getdikcə artan narazılığın olduğunu göstərir:

“Futbolun inkişafı bütün tərəflərin - milli assosiasiyaların, klubların, liqaların, futbolçuların və azarkeşlərin maraqları nəzərə alınmaqla həyata keçirilməlidir. FİFA futbolumuzdan özünü və dostlarını zənginləşdirmək üçün istifadəyə davam edə bilməz. Biz futbolu düzgün şəkildə inkişaf etdirə bilərik. İndi əsas diqqəti assosiasiyalara, klublara, liqalara, futbolçulara və azarkeşlərə yönəltməyin vaxtıdır".

Qeyd edək ki, FİFA “FİFA Forward Enterprise” (“FİFA İnkişaf Müəssisəsi”) adlı 20 milyard dollarlıq törəmə şirkət yaratmaq və onun 20 faizdən çox payını kənar investorlara satmaqla, 4,2 milyard dollar vəsait cəlb etmək niyyətindədir. Təklif olunan aparıcı investor qrupu amerikalı iş adamı Coş Kuşnerin rəhbərlik etdiyi “Thrive Eternal” (“Əbədi İnkişaf”) şirkətidir. Coş Kuşner ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin qardaşıdır.

UEFA buna qarşı sərt mövqe göstərir.

Tarix
2026.07.29 / 20:09
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

Prezident onları qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla