Yuxarı

"Türkiyəli rəqibimə də qalib gələcəm"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Türkiyəli rəqibimə də qalib gələcəm"

Hiss etdim ki, rəqib fiziki cəhətdən məndən güclüdü. Birinci döyüşüm olduğu üçün nəfəs almaqla bağlı bir az problemlə üzləşdim.

Bu sözləri APA-ya açıqlamasında boks millimizin üzvü Kamran Şahsuvarlı deyib.

IV İslam Həmrəyliyi Oyunlarında 75 kq çəki dərəcəsində bu gün ilk döyüşünü keçirən Şahsuvarlı Qayana təmsilçisi Desmond Amsterdama 5:0 hesabı ilə qalib gəlib. İdmançımız 1/4 finalda türkiyəli İhsan Ərdoğanla üz-üzə gələcək.

Növbəti görüşü barədə də fikirlərini bildirən Rio-2016-nın bürünc mükafatçısı rəqibini tanımadığını deyib. Bununla belə, o, rinqə qələbə üçün çıxacağını və İslamiadada məqsədinin qızıl medal qazanmaq olduğunu vurğulayıb: “Növbəti rəqibim Türkiyə təmsilçisi olacaq. Onu tanımıram, yeni heç vaxt qarşılaşmamışıq. Ancaq mən özümə inanıram. Əminəm ki, türkiyəli rəqibimə də qalib gələcəm. Mən bu yarışda özümdən qızıl medal gözləyirəm”.

Qeyd edək ki, Kamran Şahsuvarlının İhsan Ərdoğanla görüşü mayın 16-da keçiriləcək.

Tarix
2017.05.13 / 15:46
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəyə raket hücumu: Azərbaycan MN-dən reaksiya...

Putinin Əliyevə zənginin səbəbləri - Rusiyadan baxış

Bu, dinc sakinlər üçün ciddi təhlükə yaradır - XİN

Mirziyayev Azərbaycanda mühüm foruma qatılacaq

Türkiyə İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi

Bu iki ölkə Azərbaycanda səfirlik açır

Mövcud geosiyasi şəraitdə müdafiə qabiliyyətinin artırılması...

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

İran “kritik 10 gün”dən sağ çıxdı: Yeni mərhələ başladı

Müctəbanın ilk müraciəti - İran öz yolunu seçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla