Yuxarı

Axar.Az Logo carnation

Bektaş: Azərbaycanlı azarkeşlərin bizi belə qarşılaması...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bektaş: Azərbaycanlı azarkeşlərin bizi belə qarşılaması...

Azərbaycana əvvəllər də gəlmişəm və ölkənizdə keçirilən Avropa çempionatında iştirak etmişəm. Mən Azərbaycanda keçirilən idman yarışlarının yüksək səviyyədə təşkil olunmasının şahidiyəm. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları isə təkraredilməz səviyyədə yüksək təşkil olunub. Azərbaycanda idmana olan sevgini, diqqət və qayğını dünyanın heç bir ölkəsində görmək mümkün deyil. Bu, çox sevindirici haldır.

Axar.az xəbər verir bu sözləri IV İslam Həmrəyliyi Oyunlarının bədii gimnastika yarışında Türkiyə komandasını təmsil edən Selen Bektaş Azərtac-a müsahibəsində bildirib.

Selen Bektaş deyib: “Milli Gimnastika Arenasının möhtəşəmliyinə valeh oldum. Əslində, burada çox mehriban mühit var. Biz burada rəqib deyil, dost qazanırıq. Çox gözəl çıxışlar oldu. Güclü komandalardan, ilk növbədə, Azərbaycanın adını çəkmək istərdim. Marina Durundanın çıxışını isə xüsusi qeyd etmək istərdim. O, çox güclü idmançıdır”.

Azərbaycanda gimnastikaya böyük marağın olduğunu vurğulayan türkiyəli atlet azarkeşlərin diqqətindən məmnunluğunu ifadə edərək vurğulayıb: “Azarkeşlər bizə çox böyük dəstək verirlər. Qardaş ölkə olduğumuz o dəqiqə hiss olunur. Arenaya çıxanda xüsusi alqışlarla qarşılanmağımız bizim üçün çox qürurverici idi”.

Atlet bildirib ki, Türkiyədə başqa idman növlərinə nisbətən bədii gimnastikaya maraq daha azdır. Lakin o, Azərbaycanda ölkələrini layiqincə təmsil etmək üçün var gücləri ilə mübarizə apardıqlarını deyib.

Tarix
2017.05.14 / 01:49
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevdən Ermənistan açıqlaması: Məhdudiyyətləri götürdük...

Bu erada vəziyyəti güc qaydası idarə edir - Prezident

Prezident Davosda Ceymi Daymonla görüşdü - Foto

ABŞ nizamı darmadağın etdi: böyük toqquşmalar başlayır

Ukraynaya 1 milyon dollarlıq yardım göndərdik - Foto

Ərdoğanın oğlu Gəncədə Şəhidlər xiyabanında... - Foto

Türkiyə və Azərbaycan XİN başçıları danışdı

İlham Əliyev Finlandiyanın prezidenti ilə görüşdü - Foto

İlham Əliyev Məsrur Bərzani ilə görüşdü - Foto

Prezidentin "Avronyus"a müsahibəsindən görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla