Yuxarı

Axar.Az Logo carnation

İslamiada: Karateçilərimizdən ilk qələbə - Yenilənir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İslamiada: Karateçilərimizdən ilk qələbə -

IV İslam Həmrəyliyi Oyunlarının ikinci günündə - mayın 14-də Bakı İdman Sarayında karatenin kumite və kata yarışlarına Azərbaycanın üç qadın və üç kişi idmançısı mübarizəyə qoşulub.

Axar.az xəbər verir ki, karatenin kumite yarışlarında Azərbaycanı qadın idmançılardan İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq), kişilərdən isə Ayxan Mamayev (-84 kq) və Asiman Qurbanlı (+84 kq) təmsil edirlər.

Kata yarışlarında isə ölkəmizin təmsilçiləri qadınlardan Neda Rezei, kişilərdən isə Roman Heydərovdur.

IV İslam Həmrəyliyi Oyunlarının karate yarışlarına bu gün yekun vurulacaq.

***
Karatenin kumite yarışlarında - 84 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Ayxan Mamayev ilk görüşündə rəqibindən üstün olub.

A.Mamayev səkkizdəbir finalda İordaniya təmsilçisi Sayan Mahmudu 7:1 hesabı ilə məğlub edib.

***

Karatenin kumite yarışlarında Azərbaycan idmançısı Asiman Qurbanlı (+84 kq) IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalı uğrunda mübarizə aparacaq.

A.Qurbanlı yarımfinalda iranlı Sayad Qanzadeyə 4:5 hesabı ilə məğlub olub. İdmançımız "Bakı-2017"nin bürünc medalı uğrunda yarışacaq.

Tarix
2017.05.14 / 11:24
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Davosda Ceymi Daymonla görüşdü - Foto

ABŞ nizamı darmadağın etdi: böyük toqquşmalar başlayır

Ukraynaya 1 milyon dollarlıq yardım göndərdik - Foto

Ərdoğanın oğlu Gəncədə Şəhidlər xiyabanında... - Foto

Türkiyə və Azərbaycan XİN başçıları danışdı

İlham Əliyev Finlandiyanın prezidenti ilə görüşdü - Foto

İlham Əliyev Məsrur Bərzani ilə görüşdü - Foto

Prezidentin "Avronyus"a müsahibəsindən görüntülər - Video

2026-da Azərbaycanla müharibə riski... - Ermənistan kəşfiyyatı

Tehran xalqı aksiyalara səsləyən əsas şəxsin adını belə çəkmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla