Yuxarı

Qriqorçuk "Qəbələ"nin bərabərliyindən danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qriqorçuk "Qəbələ"nin bərabərliyindən danışdı

Hər şey nə yaxşı, nə də pis alındı. Başa düşürük ki, asan deyil.

APA-nın məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayan “qırmızı-qaralar” ilk oyunda qəbul etdikləri Polşa “Jagelloniya”sı ilə qollu bərabərə qalıb – 1:1.

Maçtdan sonra təşkil edilən mətbuat konfransında ukraynalı mütəxəssis komandasının çıxışını dəyərləndirib: “Rəqib güclüdü, yaxşı təşkilatlanmış komandadı. İntizamlı futbol oynayırlar. İlk dəqiqələrdən oyuna nəzarət etmək istəsək də, bu alınmadı. Əksinə, oyunun əvvəllərində daha çox top itkisinə yol verdik. Ancaq sonradan uşaqlar nəzarəti ələ aldılar”.

- Bu gün inamsız təsir bağışlamağınız nədən qaynaqlanırdı?

- Rəqib intizamlı komandadı. Onlarda hər şey qaydasındadı. Onlar heyətlərinin özəyini qoruya biliblər. Üstəlik, artıq bir mərhələ adlayıblar. Oyun gözlədiyimiz kimi keçdi. Bizə nəzarəti ələ almaq lazım idi. Ancaq bunu bacarmadıq. Ardıcıl top itkilərinə yol verirdik. Futbolçular çox güc sərf etdiklərindən əsəbləşməyə başladılar.

- İlqar Qurbanov əvəzlənməzdən əvvəl özünü kənarda hiss edirdi. Onun bu qeyri-peşəkar hərəkətini necə dəyərləndirirsiniz?

- Bu barədə İlqarla danışmamışam. Amma İlqar əvəzləmə istəyirdi. Ancaq dəyişiklik üçün hazırlıq lazımdı. Bəlkə də, onun qıcolması tutmuşdu.

- “Qəbələ”nin fiziki cəhətdən çatdırmadığını əvvəldən də görürdük. Bu nə ilə əlaqədardı, komadada fiziki hazırlıq üzrə məşqçi yoxdu?

- Sizinlə mübahisə etməyəcəm. Amma məncə, düz fikirləşmirsiz. Biz həmişə fiziki cəhətdən güclü olmuşuq.

- Cavab matçına necə hazırlaşmağı düşünürsünüz?

- Çalışacağıq bugünkündən daha yaxşı oynayaq. Ümid edirəm ki, cavab görüşündə daha yaxşı çıxış edəcəyik, futbolçular daha yaxşı formada olacaqlar. Bu gün hər iki komandanın qol vurmaq şansları oldu. Hər şey qaydasındadı.

- Araz Abdullayev bu gün harda idi?

- Araz bu gün “18-liy”ə salınmamışdı.

- Müdafiənin sol cinahında problem hiss olunurdu. Ürfan Abbasovun yerinə həmin mövqeyə alternativiniz varmı?

- Düzdü, bu gün yaxşı olmayan oyun vəziyyətləri oldu. Ancaq konkret hansısa futbolçunun adını çəkmək istəmirəm. Kim daha hazırlıqlıdısa, o da meydana çıxır. Gələn görüşdə də ən yaxşılar meydana çıxacaqlar. Cəmi 5 gün vaxtımız var. İstisna etmirəm ki, növbəti matça qədər yeni oyunçu olacaq. Burda hazırlıq çox önəmlidi. “Yagelloniya” da bura olduqca hazır vəziyyətdə gəlmişdi.

Tarix
2017.07.13 / 23:53
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Belqrad arasında siyasi məsləhətləşmələr

Netanyahu: İlham Əliyevə deyin ki, bu il... - Video

Mirzoyan avropalı diplomatla sülh prosesini müzakirə etdi

İsrail və Azərbaycan arasında memorandum imzalandı

Prezidentlər hərbçilərin birgə təlimini izlədilər - Foto/Video

Hindistanın yeni səfiri Azərbaycana gəldi - Foto

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi

Epşteyn kimdir ki, onunla görüşüm? - Məmmədyarov

Ukraynaya növbəti humanitar yardım göndərildi - Foto

Bakı, Ankara və İrəvanın enerji sistemləri... - Xudatyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla