Yuxarı

Diniyevin “əsməyən dizləri”nə “xorvatca” cavab - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Diniyevin “əsməyən dizləri”nə “xorvatca” cavab - Foto

İtaliya kimi 4 dəfə dünya çempionu olmuş komandaya 1:2 hesabı ilə uduzmaq normaldır. Çünki darmadağın olmamışıq. Futbolçularımız meydanda döyüşdülər. Əsas odur ki, uduzsaq da, simamızı itirmədik, dizlərimiz əsmədi, bu, böyük işdir. İtaliya nəticəyə oynayan komandadır. Şəxsən mən millimizə görə utanmadım".

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev deyib. Ş.Diniyev Apasport.az-a bildirib ki, biz o vaxt irəli gedəcəyik ki, öz yerimizi biləcəyik: "İstər azarkeşlər, istər jurnalistlər, istərsə də biz məşqçilər yerimizi bilmirik.

Biz hansı pillə üçün oynaya bilərik, onu düşünmürük. İndiki durumumuza baxın: Bizim futbolçular harada, italyanlar hansı klublarda oynayır. Biz əgər İtaliyaya qarşı millimizdən hücum futbolu gözləyiriksə, normal hal deyil".

****

Xorvatiya millisinin baş məşqçisi Niko Kovaç da İtaliya – Azərbaycan oyunu haqqında danışıb. Oktyabrın 13-də millimizlə qarşılaşacaq xorvatiyalıların çalışdırıcısı Bolqarıstan üzərində 1:0 hesablı qələbədən sonra növbəti oyun haqqında fikirlərini açıqlayıb:

"Azərbaycan kimi tanınmamış komandalara qarşı oynamaq çətindir. Bizim də növbəti oyunumuz məhz bu komandaya qarşıdır. Ümumiyyətlə, İtaliyanın Azərbaycanı 2:1 hesabı ilə məğlub etməsi çox təəccüblü oldu. Hamı qrupun favoriti sayılan 4 qat dünya çempionlarının rahat qalib gələcəyini düşünürdü. İndi mən də fikirləşirəm ki, tanınmış komandalara qarşı oynamaq daha asandır. Biz Azərbaycanı doğma meydanımızda qəbul edəcəyik. Amma düşünürəm ki, heç də asan oyun olmayacaq".

Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu oktyabrın 13-də Osiek şəhərində keçiriləcək. Qarşılaşma Bakı vaxtilə saat 23:45-də start götürəcək. Azərbaycan milli komandası artıq Xorvatiyadadır. Saat yarımlıq yolçuluqdan sonra komandamız sözügedən şəhərin eyni adlı otelində ("Osiyek") məskunlaşıb. Bakıdan gedən azarkeşlər "Zoo", jurnalistlər isə 4 ulduzlu "Villa Valpovo" otelində qalacaqlar.

Tarix
2014.10.12 / 01:29
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

AP ilə bağlı bəyanat qəbul ediləcək: Komissiya yaradıldı

Milli Məclisin iclası başladı

AB səfiri XİN-ə çağırıldı: nota təqdim edildi

ABŞ 48 saatda 30 təyyarə göndərdi: Hücum başlayır

Azərbaycanda idman siyasəti bu strategiyaya əsaslanır

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Azərbaycandan sonra ən vacib səfərim... - Vuçiç

Türkiyədə qalan azərbaycanlılar üçün üzücü xəbər

İlham Əliyevdən Avropa çempionları ilə bağlı paylaşım

Ukrayna danışıqları Azərbaycanda keçiriləcək? - Kreml

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla