Yuxarı

Yurçeviç millimizin matçından danışdı: Hər şey mümkündür

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yurçeviç millimizin matçından danışdı: Hər şey mümkündür

Sabahkı oyunda hər şey mümkündür. Erkən qol da buraxa bilərik, hesabda irəli də çıxa bilərik. Hər şey özümüzdən asılıdır. Amma neqativ düşünmək istəmirəm. Qapımızda ilk qolu görsək, çalışacağıq ki, əvəzini çıxaq. Macarıstan millisi ilə görüşdə yaxşı çıxış etmək istəyirik.

Axar.az xəbər verir ki, bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç “Avro-2020” seçmə mərhələsi çərçivəsində Macarıstanla matçdan öncə təşkil olunan mətbuat konfransında səsləndirib.

Baş məşqçi deyib: “Biz başa düşürük ki, çətin oyun olacaq. Xorvatiya ilə ilk matçdan razı qaldım. Yaxşı mübarizə apardıq. İndi isə doğma meydanda, azarkeşlərimiz önündə oynayırıq. Hücuma can atacağıq. Komandamın çoxlu qol epizodları yaratmasını istəyirəm”.

Yurçeviç Macarıstanla matçda hələlik start heyəti ilə bağlı son qərarını verməyib.

“Müdafiədə oturmayacağıq. Rəqiblə müqayisədə daha çox hücumda çıxış etmək istəyirik. Çox şadam ki, zədəli futbolçumuz yoxdur. Dünən Riçard Almeydanın kiçik problemi var idi. Ancaq hazırda vəziyyəti yaxşıdır”, - deyə xorvatiyalı məşqçi əlavə edib.

Qeyd edək ki, Azərbaycan-Macarıstan an oyunu iyunun 8-də saat 20:00-da başlayacaq. Oyun “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq. İyunun 11-də isə millimiz Slovakiya yığması ilə qarşılaşacaq. Hər iki görüş “Bakcell Arena”da keçiriləcək.

Tarix
2019.06.07 / 20:04
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla