Yuxarı

Ayı qəbri qazaraq qadın meyitini apardı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ayı qəbri qazaraq qadın meyitini apardı

Rusiyanın Maqadan şəhərində ayı qəbiristanlıqda məzarlardan birini qazaraq qadının meyitini aparıb.

Axar.az REN TV-yə istinadən xəbər verir ki, ailə fevralın sonlarında vəfat etmiş qohumunun qəbrini ziyarət etmək üçün Maqadandakı qəbiristanlığa gedib, lakin orada məzarın qazıldığını və ətrafındakı hasarın sındırıldığını görüb.

Qadının meyiti yoxa çıxıb, qəbrin ətrafında isə paltar qalıqları olub. Qəbiristanlıq işçiləri heç nə görmədiklərini bildiriblər.

Qohumlar axtarışa başlayıb və qəbiristanlıqdan təxminən 300 metr aralıda, meşədə, 10-a yaxın kəllə və çoxlu sayda sümük aşkarlayıblar. Qazılmış məzarın ətrafındakı əraziyə və qəbiristanlığa baxış zamanı iri ayının izləri də aşkar edilib.

İlkin məlumatlara görə, yırtıcı uzun müddət bu ərazidə məskən salmış ola bilər və ehtimal ki, qəbirləri ilk dəfə qazmır.

Ailə polisə və Maqadan meriyasına müraciət edib. Ayının peyda olması ilə bağlı bundan sonra hansı tədbirlərin görüləcəyinə hakimiyyət orqanları qərar verməlidir.

Tarix
2026.10.06 / 19:07
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla