Yuxarı

Stadnik qələbəsindən danışdı: Rəqibimlə rəfiqəyik

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Stadnik qələbəsindən danışdı: Rəqibimlə rəfiqəyik

20:18

Azərbaycan qadın güləşçisi Mariya Stadnik Minsk-2019 II Avropa Oyunlarının qalibi olub.

Axar.az xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan olimpiya mükafatçısı final görüşündə Ukraynalı Oksana Livaçla üz-üzə gəlib. Qarşılaşmadan qələbə ilə ayrılan (7:1) Azərbaycan təmsilçisi qızıl medala sahib olub.

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının II Avropa Oyunlarındakı üçüncü qızıl medalı olub. Daha öncə sərbəst güləşçilər - Mahir Əmiraslanov (57 kq) və Hacı Əliyev (65 kq) qızıl medal əldə edə bilib.

Bu gün həmçinin Elmira Qəmbərova (62 kq) final, Alyona Kolesnik (57 kq) və Sabirə Əliyeva bürünc medal uğrunda görüşə çıxacaq.

***

Final görüşü çətin oldu. Biz-birimizi yaxşı tanıyırıq, məşqləri birgə edirik. Daha təcrübəli olmağım finalda qalib gəlməyimə kömək etdi.

Bu fikri II Avropa Oyunlarında komandamıza üçüncü qızıl medal qazandıran qadın güləşçimiz Mariya Stadnik söyləyib.

Ona dəstək olan hər kəsə təşəkkürünü bildirən M.Stadnik bildirib ki, ukraynalı güləşçi ilə rəfiqə olduğundan final görüşü psixoloji baxımdan çətin idi.

Tarix
2019.06.28 / 21:25
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə Xəzərdə əməkdaşlığı gücləndirmək istəyirik - Meredov

Yəmən Nümayəndələr Palatasının sədri Bakıya gəldi

İlham Əliyev İordaniya nümayəndə heyəti ilə görüşdü

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla