Yuxarı

"Qarabağ"ın ispan futbolçusu "Sevilya" ilə matçdan danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ"ın ispan futbolçusu "Sevilya" ilə matçdan danışdı

“Sevilya” kimi bir komandaya qarşı mübarizə aparmaq çox xoşdur. Keçən mövsümün sonunda baş məşqçilərin dəyişildiyini bilirik. Bir çox futbolçu klubdan ayrılsa da, əvəzinə güclü oyunçular cəlb olunub.

Axar.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın ispaniyalı futbolçusu Miçel Madera İspaniya təmsilçisi “Sevilya” ilə qarşılaşacaqları UEFA Avropa Liqasının qrup mərhələsinin birinci tur matçından öncə təşkil olunmuş mətbuat konfransında söyləyib.

O deyib: Ancaq bizim də öz arzularımız var. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. Mənim üçün özəl oyundur. Ümumiyyətlə, bu turnirdə iştirak etmək fərqli hissdir. Turnirboyu bütün oyunlardan zövq almağa, azarkeşlərimizi sevindirməyə və uğurlu nəticə göstərməyə çalışacağıq. Üç gün əvvəl çempionat matçımız var idi, həmin oyuna köklənmişdik. Bu gün bu barədə danışmağa vaxtımız olacaq. Çox güclü klubla üzləşəcəyik. Mən “Sportinq Xixon” və “Xetafe”ni təmsil edərkən “Sevilya” klubu ilə qarşılaşmışam. Yaxşı və pis xatirələr olub. Həm qalib gəlmişik, həm də uduzmuşuq. “Sevilya” UEFA Çempionlar Liqasında oynamağa can atan komandadır”.

Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək “Qarabağ”-“Sevilya” qarşılaşması saat 20:55-də başlayacaq. Ağdamlıların digər rəqibi Lüksemburq təmsilçisi “Düdelanj” isə səfərdə Kiprin APOEL komandası ilə mübarizə aparacaq.

Tarix
2019.09.18 / 22:40
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla