Yuxarı

Qış transferi: “Bakı” liderdir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qış transferi: “Bakı” liderdir

Azərbaycan Premyer Liqasında qış transfer dövrünün futbolçu keçidləri açıqlanıb.

Axar.az xəbər verir ki, PFL-dən qış fasiləsində Premyer Liqa klubları tərəfindən 32 futbolçu keçidinin qeydə alındığı bildirilib. Buna əsasən, lider "Qarabağ" heyətini heç bir futbolçu ilə gücləndirməyib. Bir çox futbolçusu ilə yollarını ayıran "Xəzər Lənkəran" da bu dəfə öz yetirmələrinə üz tutub.

Qış fasiləsində ən çox transfer həyata keçirən klub "Bakı" olub. Paytaxt təmsilçisi 6 futbolçu ilə münasibətləri rəsmiləşdirib. "Report"un sorğusuna cavab verən PFL ən az transfer edən klubun "Sumqayıt" olduğunu bildirib. Baş məşqçi Aqil Məmmədov 2 yeni futbolçuya ehtiyac duyub ki, onlardan da biri klubun zədəsini bərpa edən sabiq hücumçusu Pərdis Fərcad-Azaddır. Eyni üsuldan "İnter" də yararlanıb. "Bankirlər" Sezar Meza Kollini heyətə qaytarıb.

Cənub klubu isə qış pəncərəsi dövründə bir dənə də olsun transfer reallaşdırmayıb. Əksinə, klub bir çox futbolçu ilə yollarını ayırıb.

Qış pəncərəsi dövründə cənubdan təkcə ölkə çempionatında çıxış edən digər klublara 5 futbolçu transfer olunub. Bunlar Aleksandr Şemonayev (AZAL), Rauf Əliyev ("Neftçi"), Əfran İsmayılov ("İnter"), Elnur Abdullayev ("Simurq") və Rəşad Sadiqovdur ("Qəbələ").

Adı çəkilən oyunçulardan savayı Tyeqo de Xesus, Adrian Skarlatake, Vanderson Skarduelli, Fernando Qabriel, Deyan Blajevski, Qalin İvanov və Uğur Pamuk da klubu tərk edənlər sırasındadır.

Tarix
2015.02.04 / 12:19
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

MM sədri MakKormak ilə sülh prosesini müzakirə etdi

Urmiya gölü haqda sevindirici xəbər

Meloni Azərbaycana bu tarixdə gələcək

Bu, Azərbaycanla münaqişənin başlaması deməkdir...

Bu qətnamələr tamamilə qərəzlidir - Deputat

Ermənistana dizel daşıyan qatar Biləcəridən yola düşdü

Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...

Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?

Bakı ermənisi olan senator qiyabi həbs olundu

Ukrayna buna görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla