Yuxarı

“Qarabağ” dirənir: FİFA-ya şikayət

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ” dirənir: FİFA-ya şikayət

"UEFA-nın qərarından narazı olduğumuz üçün apelyasiya şikayəti etdik. Şikayətimizə fevralın 19-da baxılacaq".

Bu sözləri APA-ya açıqlamasında "Qarabağ" klubunun icraçı-direktoru Əmrah Çəlikəl deyib.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Qarabağ" – "İnter" matçında sayılmayan qola görə UEFA-ya şikayət edən Ağdam klubu müsbət cavab almayıb. Nəticədə apelyasiya şikayəti ediblər.

Çəlikəlin sözlərinə görə, onlar bu məsələdə sona qədər gedəcəklər:

"Biz əlimizdən gələni edirik. UEFA-nın mövqeyini gördük. Onlar hakimə haqq qazandırmağa çalışırlar. UEFA böyük qurumdur, amma onların hakimi cəzalandırmamaqları bizim üçün sürpriz oldu.

Düzdür, bu qurum öz qərarları ilə bağlı açıqlama vermir. Yəni hakimi gizli şəkildə də cəzalandıra bilərlər".

Çəlikəl apelyasiya şikayətindən müsbət cavab çıxmayacağı halda, FİFA-ya müraciət edəcəklərini bildirib.

Tarix
2015.02.13 / 01:59
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla