Yuxarı

Avro-2020 könüllüləri üçün xüsusi gecə - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avro-2020 könüllüləri üçün xüsusi gecə - Foto

UEFA Avro-2020-nin Bakıda keçiriləcək üç oyununun (Uels–İsveçrə, Türkiyə–Uels, İsveçrə–Türkiyə) və dörddəbir final qarşılaşmasının təşkilati işlərində müxtəlif sahələr və funksiyalar üzrə 2020 könüllü çalışacaq.

Axar.az xəbər verir ki, AFFA tərəfindən 2019-cu ilin iyunundan etibarən könüllülərin qeydiyyat mərhələsinə start verilib. Beş ay ərzində 6797 könüllü namizəd qeydiyyatdan keçib. Müraciət sayına görə Bakı şəhəri Avropa çempionatı təşkil olunacaq 12 şəhər arasında ən yüksək göstəriciyə malikdir. Altı mindən çox namizədlə təkbətək müsahibə aparılıb.

Bu oyunlarda fəaliyyət göstərəcək könüllülər üçün yanvarın 25-də “Elektra Events Hall”da xüsusi gecə təşkil olunub.

Tədbirdəki çıxışlarda Prezident İlham Əliyevin gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ili Azərbaycanda “Könüllülər ili” elan etməsi xüsusi qeyd olunub.

AFFA-nın prezidenti Rövnəq Abdullayev və Gənclər və İdman naziri Azad Rəhimov çıxışlarında öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə Avro-2020-yə yeni nəfəs verən könüllülərin fəaliyyətinin əhəmiyyətindən danışıblar.

Sonra Rövnəq Abdullayev, Azad Rəhimov və AFFA-nın baş katibi Elxan Məmmədov Avro-2020-nin Bakını təmsil edən səfiri Vəli Qasımova, həmçinin Bakı Könüllülər Proqramının səfiri Taleh Yüzbəyova ölkə əhəmiyyətli idman tədbirində göstərdikləri dəstəyə görə mükafatlar təqdim ediblər. Eyni zamanda, dörd ən fəal könüllüyə hədiyyələr verilib. 1500-dən çox könüllünün iştirak etdiyi gecənin sürpriz qonağı sevilən müğənni Dilarə Kazımova olub.

Tarix
2020.01.26 / 01:54
Müəllif
Axar.az
Digər xəbərlər

Diplomatlar Laçında sədərdədir

Diplomatlar Şuşada bu məkanlarda oldu - Video

Azərbaycana qarşı kampaniyalar bu ölkələrdən aparılır...

Arakçı Pezeşkiana xəyanət edir? – İranda böhran

Xankəndidəki işlər Ukrayna üçün nümunədir - Qusev

Diplomatlar Şuşada yallı getdilər - Video

Nazir onu İdarə Heyətinə yeni sədr təyin etdi

Ermənistana gedən Leyen və Kostaya açıq məktub...

Ölkədə gömrük rüsumları ilə bağlı - Yeni qərar

Milli Yaşıl Taksonomiya təsdiq edildi - Qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla