Yuxarı

Prosineçkinin siftəsi həsrətə son qoyacaq? – Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avropa Çempionatının seçmə mərhələsinin H qrupunda V turun oyunları keçiriləcək.

Axar.az-ın məlumatına görə, millimiz Tofiq Bəhramov adına Respublika stadionunda Malta ilə qarşılaşacaq. Qrupda 4 oyun keçirən yığmamızın aktivində hələ ki, xal yoxdur. Əvvəlki 4 görüşdə meydanı məğlub tərk edən komandamız ilk qələbəsinə sevinə bilər. Bu uğursuzluğun 3-ü Berti Foqtsun, 1-i isə Mahmud Qurbanovun başçılığı altında olub.

"Cırtdan" ölkə təmsilçisi ilə görüş xorvatiyalı baş məşqçimiz Robert Prosineçki üçün də əlamətdardır, çünki təcrürbəli çalışdırıcı bu postda millimizi ilk oyuna çıxaracaq. 46 yaşlı çalışdırıcı goal.az-a müsahibəsində sələfi Berti Foqtsun fəaliyyətini yüksək dəyərləndirib: "Berti Foqts son 6 ildə burda xeyli yaxşı iş görüb. Çoxları onun uğursuz olduğunu düşünür. Ancaq heç də belə deyil. Foqts irəliləyişə nail olub. Bununla belə, biz təfəkkürü dəyişməliyik".

***

"Prosineçkinin tələb etdiyi futbol bizə uyğundur. Səbirsizliklə oyunu gözləyirik. Hamı çox istəklidir. Asan keçməyəcək".

Bu sözləri millimizin kapitanı Rəşad Sadıqov mətbuat konfransında deyib. O, rəqibin Gürcüstanla yoxlama matçını izlədiklərini söyləyib:

"Malta çox yaxşı müdafiə olunur. Azarkeşləri səbirli olmağa çağırıram. Gürcüstan millisi 25 dəqiqə ərzində Maltaya bir zərbə vura bilmədi. Sabah biz də çətinliklə üzləşə bilərik. Bilirik ki, daha çox müdafiədən oynayırlar".

Tarix
2015.03.28 / 20:34
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Azərbaycanla Somali arasında məsləhətləşmələr aparıldı

İnam Kərimov Keniyada Koomeninlə görüşdü

Prezidentin xüsusi nümayəndələrinin sayı artdı

Azərbaycanda bu iki nazir postu boşdur

Qazaxlı Alikin oğlunun məhkəməsi təxirə salındı - Səbəb

Muxtar Babayev vəzifəsindən azad edildi

Ağır günlərdə Türkiyənin ətrafında səfərbər olduq

Rusiya AZAL təyyarəsi ilə bağlı biabırçı bəyanatını "düzəltdi"

İlham Əliyev Ərdoğana məktub ünvanladı

Qəza ilə bağlı ilkin hesabat - Kremlin şərhi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla