Yuxarı

Avropa Kuboku: İdmançılarımızdan ilk gündə 6 medal

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa Kuboku: İdmançılarımızdan ilk gündə 6 medal

Azərbaycan cüdoçuları Sloveniyanın Sele şəhərində keçirilən Avropa Kubokunun ilk günündə 6 medal qazanıb.

Axar.az xəbər verir ki, 60 kq-da final görüşündə ölkənin iki təmsilçisi - Rəşad Yelkiyev və Kənan İsmayılov üz-üzə gəlib. Nəticədə Yelkiyev 1-ci, İsmayılov isə 2-ci yeri tutub.

66 kq çəki dərəcəsində mübarizə aparan Tofiq Məmmədov bütün rəqiblərini məğlub edərək həlledici görüşə vəsiqə əldə edib. Qızıl medal qarşılaşmasında almaniyalı Patrik Vayzerə də qalib gələn cüdoçu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Eyni çəki dərəcəsində yarışan Ruslan Paşayev 3-cü yer uğrunda görüşdə italiyalı Françesko Karqneluttidən güclü olub.

73 kq-da çəki dərəcəsindəki final görüşündə də Azərbaycan dueli baş tutub. Nəriman Mirzəyevi məğlub edən Rəşid Məmmədəliyev qızıl medala sahib çıxıb. Mirzəyev isə gümüş medala layiq görülüb.

Tarix
2022.10.01 / 22:46
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla