Yuxarı

“Sumqayıt” autsayder ilə bacarmadı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Sumqayıt” autsayder ilə bacarmadı

Bu gün Azərbaycan Premyer Liqasında ikinci dövrənin son turuna start verilib.

Axar.az xəbər verir ki, 18-ci turun ilk oyunu Sumqayıtda baş tutub. Burada yerli "Sumqayıt" autsayder "Rəvan"ı qəbul edib.

Matçın 13-cü dəqiqəsində ev sahibləri hesabı açıb. Lakin qonaqlar cəmi 14 dəqiqə sonra hesaba tarazlıq gətirib.

34-cü dəqiqədə ev sahibləri yenidən önə keçsə də, cəmi 1 dəqiqə sonra oyuna mərkəzdən başlamağa məcbur olublar.

75-ci dəqiqədə qonaqlar önə keçib. Artırma dəqiqələrində Mikayıl Rəhimovun vurduğu qolla meydan sahibləri məğlubiyyətdən yaxa qurtarıb: 3-3.

Qeyd edək ki, bu gün turun mərkəzi oyunu - "Qarabağ" - "Qəbələ" matçı da baş tutacaq. İlin son turuna sabah keçiriləcək üç oyunla yekun vurulacaq.

Tarix
2015.12.19 / 19:00
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Ərdoğan Qəbələyə gəldi, Əmrullayev qarşıladı - Foto

İlham Əliyev Qəbələdə Berdiməhəmmədovla görüşdü

Qəbələdə mühüm iclas: bir sıra sənədlər təsdiqləndi

9 il əvvəlki hadisələr yaşana bilər - Elşad Miridən şok

Azərbaycanlılar niyə ölməlidir? - Stepanyan

Naxçıvanla gediş-gəlişi təmin edəcək "Tramp yolu"...

Qurbanqulu Berdiməhəmmədov Azərbaycana gəldi

Əliyevin 6 il öncə dedikləri gerçəkləşir...

Sülhün imzalanması üçün İrəvanın bu addımı zəruridir

Qəbələdə TDT-nin XİN başçıları Şurasının iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla