Yuxarı

Azərbaycanlı iş adamının aktivləri müsadirə edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı iş adamının aktivləri müsadirə edildi

Rusiyanın Krasnodar diyarının Tuapse Rayon Məhkəməsi azərbaycanlı iş adamı Şahlar Novruzova məxsus, dəyəri 960 milyon rubldan çox (təxminən 19,5 milyon manat) olan aktivləri müsadirə edib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Ş.Novruzov eyniadlı kurortun tikintisini həyata keçirən "Sipayn Resort" MMC-nin fəaliyyətinə rəhbərlik edir. İş adamının aktivləri prokurorluğun təşəbbüsü ilə kurortun tikintisi zamanı ətraf mühitə vurulduğu iddia edilən təxminən 1 milyard rubl (20,3 milyon manat) həcmində zərərin ödənilməsi məqsədilə müsadirə edilib.

Məlumata görə, "Sipayn Resort" MMC-nin nizamnamə kapitalındakı 100% pay, həmçinin şirkətin əmlakı və Ş.Novruzovun şəxsi mülkiyyəti dövlət nəfinə müsadirə olunub. Bu siyahıya Tuapse rayonunda torpaq sahələrində paylar, bank hesablarındakı vəsaitlər, yaşayış evi, mənzil, eləcə də VAZ, "Mersedes" və "Leksus" markalı avtomobillər daxildir.

Formal olaraq Ş.Novruzov "Sipayn Resort" MMC-nin sahibi hesab olunmur. Lakin şirkətdəki mənbələr bildiriblər ki, kurortun tikintisini faktiki olaraq məhz o idarə edir. Hazırda iş adamı Krasnodar diyarında aktivlərin əldə edilməsi zamanı dələduzluq ittihamı ilə həbsdədir.

Qeyd edək ki, 2024-cü ildə prokurorluq tikinti meydançasında bir sıra pozuntular aşkar edib. İdarənin məlumatına görə, dənizə çıxış yaratmaq məqsədilə inşaatçılar qayanın bir hissəsini dağıdaraq qruntu sahilboyu əraziyə töküblər. Bu isə landşaftın dəyişməsinə səbəb olub. Rayonlararası prokuror "Sipayn Resort" MMC-yə qarşı ekoloji zərərin ödənilməsi tələbi ilə iddia qaldırıb.

Tarix
2026.03.20 / 21:21
Müəllif
Axar.az
Digər xəbərlər

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla