Tramp cəsur müsəlmandan danışdı: İnsanları xilas etdi!
00:48
| Ana səhifə İdman |
|
Soçi-2014 qaliblərinə meteorit hissələrindən hazırlanmış xüsusi medallar təqdim olunacaq.
"Axar.az"ın məlumatına görə, Rusiyanın Çelyabinsk şəhərinə düşən metorit qırıqları olimpiya medallarının səthinə yerləşdirilib. Suvenir medallar yalnız bir gün - fevralın 15-də sahiblərinə veriləcək. 15 fevral tarixi xüsusi anlam daşıyır. Belə ki, tam bir il öncə, fevralın 15-də "Çelyabinsk meteoriti" adı alan səma cismi Urala düşüb.
"BBC Ukraynanın" verdiyi məlumata görə, belə şərəfə 10 qızıl medalçı layiq görüləcək. Daha 40 ədəd oxşar medal isə kolleksiyaçılara satılacaq.
|
Tarix
2014.02.01 / 16:22
|
Müəllif
Ruslan Məmmədoğlu
|