Yuxarı

Yalnız axmaqlar inkişafımızı görə bilməzlər - Byazi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yalnız axmaqlar inkişafımızı görə bilməzlər - Byazi

Belçika ilə oyundan sonra demişəm ki, yalnız axmaq və ağılsız adamlar inkişafımızı görə bilməzlər.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Belçikaya qarşı keçirilən AVRO-2024-ün seçmə mərhələsinin oyunundan (0:5) sonra mətbuat konfransında azərbaycanlı jurnalistlər barədə səsləndirdiyi fikirlərlə bağlı danışarkən deyib.

İtaliyalı mütəxəssis eyni sözləri İsveçlə qarşılaşmadan sonra da dediyini vurğulayıb.

Tənqidlərlə razılaşmayan 67 yaşlı çalışdırıcının fikrincə, milli onun rəhbərliyi altında uğurlu çıxış edib: "İsveçlə matçdan sonra nə demişdimsə, Belçika ilə görüşün ardından da həmin fikirləri səsləndirmişdim. Belçika və Avstriyaya 0:1 hesabı ilə məğlub olduğumuz oyunlarda rəqiblərə qarşı böyük performans sərgiləmişdik. Bunu dayandırın".

Canni De Byazi millidəki gələcək taleyi ilə bağlı sualı isə cavabsız qoyub.

Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsində F qrupunda yer alan Azərbaycan yığması 7 xalla 4-cü yeri tutub. Canni De Byazinin müqaviləsinin müddəti noyabrın sonuna qədərdir. Noyabrın 22-də AFFA İcraiyyə Komitəsinin fövqəladə iclasında onunla bağlı qərar qəbul olunacaq.

Tarix
2023.11.21 / 20:08
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla