Yuxarı

"Beşiktaş" - "Fənərbağça" derbisində dörd qol vuruldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Beşiktaş" - "Fənərbağça" derbisində dörd qol vuruldu

Futbol üzrə Türkiyə Superliqasında XV turun daha üç oyunu keçirilib.

Axar.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “Fənərbağça” “Beşiktaş”ın qonağı olub. “Tüpraş” stadionunda reallaşan İstanbul derbisi qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 10-cu dəqiqədə "Fənərbağça"nın hücumçusu Edin Ceko açıb. 24-cü dəqiqədə meydan sahibləri Aleks Oksleyd Çemberleynin penalti qolu ilə tarazlığı bərpa edib. Oyunun 63-cü dəqiqəsində qonaqlar yenidən hesabda önə çıxıblar. Duşan Tadiç 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Serbiyalı yarımmüdafiəçi 90+3-cü dəqiqədə isə penaltini boşa verib. Matçda son nöqtəni isə əsas vaxta əlavə olunmuş 6-cı dəqiqədə polşalı yarımmüdafiəçi Sebastyan Şimanski qoyub.

Bu qələbədən sonra xallarını 40-a çatdıran "Fənərbağça" yenidən liderliyə yüksəlib. Eyni xala malik "Qalatasaray" ikincidir. Bir oyun az keçirən "Kayserispor" 26 xalla 3-cü, "Beşiktaş" isə eyni xalla dördüncüdür.

Tarix
2023.12.09 / 23:42
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla