56 il əvvəl "Mançester Yunayted" futbol klubu və onun
azarkeşləri üçün faciə yaşandı.
6 fevral 1958-ci ildə 609 saylı reyslə uçan Britaniyanın hava
yollarına məxsus təyyarə Münhen hava limanında qəzaya uğradı.
"Axar.az" məlumat verir ki, həmin təyyarədə komandanın
şotlandiyalı baş məşqçisi Matt Basbi olmaqla məşqçilər heyəti,
"Mançester Yunayted" klubunun futbolçuları , bir neçə mətbuat
işçisi və bir qisim azarkeş olub.
Həmin vaxt "Mançester Yunayted" Belqradda Avropa çempionlar
kuboku turnirinin ¼ final mərhələsinin cavab matçından- Serbiyanın
"Servena Zvezda" komandası ilə oyundan qayıdırdı. Qeyd edək ki, 2
oyunun nəticəsinə görə "MY" mərhələ adlamışdı.
Hadisənin baş vermə anı
Belqraddan Mançesterə birbaşa uçmaq imkanı olamdığından,
pilotlar Ceyms Teyn və Kennet Reyment təyyarənin yanacaq ehtiyatını
təmin etmək üçün Münhen hava limanına enir . Həmin prosesdən sonra
uçuş üçün 2 cəhd yerinə yetirilir. Lakin təyyarənin sol
mühərrikində problem aşkarlanır.
Yaranmış problemə görə onlara gecəni Münhendə keçirmək təklif
olunur.
Amma kapitan Ceyms Teyn uçuş qrafikini pozmaq istəmir və
razılaşmır. Uçuş üçün 3-cü cəhdi edir.
O gün Münhenə güclü qar yağırdı. Yağan qar təyyarənin
mühərriklərini sıradan çıxarır. Bu zaman təyyarə partlayır və
nəticədə 44 sərnişindən 21-i elə hadisə yerindəcə həlak olur.
Həyatini itirən "Mançester Yunayted"
futbolçuları:
Rocer Börn (28), Eddi Kolman (21), Mark Cons (24), David Pegg
(22), Tommy Taylor (26), Cef Bent (25), Liam Uhelan (22) və Dunkan
Edvards (21).
Klub katibi Valter Krikmer, məşqçi Tom Kerri və məşqçi Bert
Ualley.
8 jurnalist dünyasını dəyişdi
"Mançester Siti"nin keçmiş oyunçusu daha sonra jurnalist kimi
fəaliyyət göstərən Alf Klark, Tom Cekson, Don Devis, Corc Fellous,
Arçi Ledbruk, Erik Tompson, Henry Rose, Frank Svift.
Təyyarə kapitanı Ken Rayment, tur-agent Bel Miklos və ekipaj
üzvü Tom Kabel də dünyasını dəyişənlər içərisində olub.
Mançesterdə hər il fevralın 6-sı "Old Trafford" stadionunun
daxilində və ətrafında bu faciə ilə əlaqədar mərasimlər keçirilir
və mərhumların xatirələri yad edilir. Arenanın cənub- şərq küncündə
əqrəbləri 15:03-ü göstərən xüsusi Münhen saatı quraşdırılıb. Bu da
qəzanın baş verdiyi vaxtı xatırladır.