Yuxarı

"Azərreyl" ilk dəfə çempion oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azərreyl" ilk dəfə çempion oldu

Voleybolçu qadınlar arasında Azərbaycan Super Liqasına yekun vurulub.

Report-un məlumatına görə, "Azərreyl" klubu tarixində ilk dəfə ölkə çempionu olub.

"Dəmiryolçular" finalda "Telekom"u məğlubiyyətə uğradıb. Reqlamentə əsasən, final mərhələsində oyunlar 3 qələbəyədək davam edib. Baş məşqçi Bülent Karslıoğlunun komandası rəqibinə heç bir şans verməyib. Əvvəlki qarşılaşmalarından 3:2 və 3:1 hesablı üstünlüklərlə ayrılan "Azərreyl" bu dəfə "Telekom"a set verməyib - 3:0. Hər iki komanda qarşıdakı mövsümdə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək.

Bürünc medalları da "dəmiryolçular" qazanıb. Amma bu, "Lokomotiv" klubu olub. Karlo Parisinin komandası 3-cü yer uğrunda hər 3 qarşılaşmada "Azəryol"u yenib. Əvvəlki 2 görüşdə 3:0 və 3:2 hesablı üstünlük əldə edən "Lokomotiv" bu gün qələbə sayını 3-ə çatdırıb - 3:0.

Azərbaycan Super Liqası

Final mərhələsi, 3-cü oyunlar

3-cü yer uğrunda

16:00. "Lokomotiv" - "Azəryol" - 3:0 (25:17, 25:21, 25:16)

Əvvəlki oyunlar - 3:0, 3:2

FİNAL

18:00. "Azərreyl" - "Telekom" - 3:0 (25:22, 25:23, 25:17)

Əvvəlki oyunlar - 3:2, 3:1

Tarix
2016.04.09 / 21:40
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla