Yuxarı

Millimizin məğlubiyyəti Mahiri ağlatdı - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millimizin məğlubiyyəti Mahiri ağlatdı - Video

Azərbaycan millisinin və Almaniyanın "Nürnberq" klubunun hücumçusu Mahir Emreli ötən gecə UEFA Millətlər Liqasının son oyununda İsveçlə görüşdə seçmə komandamızın 6:0 hesablı məğlubiyyətindən sonra göz yaşlarını saxlaya bilməyib.

Axar.az xəbər verir ki, Mahir Emreli görüş sonrası jurnalistlərin suallarını cavablandırarkən ağlayıb.

O, Millətlər Liqasının İsveçlə səfər matçındakı böyükhesablı məğlubiyyət barədə danışıb:

"Hələ də məğlubiyyətin şokunu yaşayırıq. Nə deyəcəyimi bilmirəm. Yanlış ifadə işlətməkdən də qorxuram. Əslində, komanda uduza bilər, lakin baxır necə. Nə oyun qura, nə də rəqibin hücumlarının qarşısını ala bildik. Məğlubiyyətə görə məsuliyyəti futbolçu olaraq üzərimə götürürəm".

Qeyd edək ki, İsveçlə görüşdə 0:6 hesabı ilə məğlub olan Azərbaycan millisi C Liqasındakı mübarizəsini dayandırıb. Seçmə komandamız bundan sonra D Liqasında çıxış edəcək.

Tarix
2024.11.20 / 09:48
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla