Yuxarı

Azarkeşlərlə dalaşan futbolçuya qarşı tədbir görüldü

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azarkeşlərlə dalaşan futbolçuya qarşı tədbir görüldü

Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Səbail” - “Turan Tovuz” oyunundan sonra yaşanan xoşəgəlməz hadisə ilə bağlı təəssüf hissi keçirdiyimizi bildiririk.

Axar.az xəbər verir ki, bu fikirlər Tovuz klubunun yaydığı bəyanatda əksini tapıb.

Qərb təmsilçisi futbolçusu Veysəl Rzayevin azarkeşlərlə yaşadığı münaqişəyə belə reaksiya verib:

"Məsafədən asılı olmayaraq, hər zaman komandasının yanında olan, səfər oyunlarında belə ev oyunu ab-havası yaradan azarkeşlərimizin irad və təklifləri inkişafımız üçün çox vacibdir. Komandası ilə bütövləşmiş tribunada istənilən şəxsin təhqir olunması bizi daha da narahat edir. Bildirmək istəyirik ki, oyunçular tərəfindən azarkeşlərə qarşı göstərilən qeyri-adekvat reaksiya yolverilməzdir. Baş verən hadisə ilə bağlı oyunçulara qarşı klubumuzun daxili intizam qaydalarına uyğun olaraq müvafiq addımlar atılıb.

Hər zaman olduğu kimi “Turan” ailəsini vacib missiya uğrunda bir olmağa çağırırıq.

Biz bir ailəyik. Gücümüz birliyimizdir!".

Qeyd edək ki, 0:0 hesablı heç-heçə ilə nəticələnən qarşılaşmadan sonra "Turan Tovuz"un futbolçusu Veysəl Rzayev azarkeşlərlə münaqişəyə girib. Rzayev bu gün azarkeşlərdən üzr istəyib.

Tarix
2025.04.06 / 21:04
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla