Yuxarı

Millimizdə qalmaqal: Baş məşqçi qapıçını niyə qovub?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış qapıçı Rövşən Hüseynlinin futzal üzrə Azərbaycan millisindən kənarlaşdırılmasının təfərrüatı məlum olub.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, 34 yaşlı qolkiper yığmanın təlim-məşq toplanışında olduğu "Liv Bona Dea Arena"da qalmaq istəməyib.

O, məşqlərə evdən gəlib-getmək niyyətində olduğunu bildirib. Lakin baş məşqçi Vitali Borisov buna icazə verməyib.

Bununla belə, qapıçı "Olimpik Star"dakı məşqdən sonra "Liv Bona Dea Arena"ya dönmək əvəzinə şəxsi avtomobilinə minərək, evinə yollanıb.

Borisov bu gün Hüseynlinin intizamsızlığa yol verdiyini əsas götürərək, onu heyətdən kənarlaşdırıb. Azərbaycan Futzal Federasiyasının rəhbərliyi də baş məşqçinin qərarına müdaxilə etməyib.

Tarix
2025.04.07 / 12:03
Müəllif
Axar.az
Digər xəbərlər

Stepanyandan etiraf: Qarabağda üstünlük onlarda idi

Azərbaycanın İsrailə dəstəyi... - Tramp

Bakı və Lissabon növbəti məsləhətləşmələr keçirdi

Bu müharibənin sülhlə ədalətli həlli yoxdur!

Tramp Bakıya “sarsılmaz dəstək” mesajı verdi

Türk ölkələri Türkiyəni neçə milyarda satdı?

Bakı üçün fürsət yaranıb: Şara da gələcək... - İranlı ekspert

Prezident və xanımı Türkiyədədir - Foto

Tramp İlham Əliyevə məktub göndərdi

İsrail və Türkiyə Bakıda razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla