Yuxarı

"Zirə" "Sumqayıt"ı məğlub etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misli Premyer Liqasında XXXI tur başa çatıb.

Axar.az xəbər verir ki, sonuncu matçda "Zirə" "Sumqayıt"ı qəbul edib.

Qarşılaşma Bakı klubunun qələbəsi ilə yekunlaşıb - 3:1.

Meydan sahiblərinin heyətində 6-cı dəqiqədə Giorgi Papunaşvili, 45+1-ci dəqiqədə Martins Junior, 89-cu dəqiqə Salifu Suma fərqləniblər. Qonaqlarda Bobur Abdixolikov 52-ci dəqiqədə adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 61-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. "Gənclik şəhəri" təmsilçisi 29 xalla səkkizinci sıradadır.

Günün ilk matçında "Şamaxı" evdə "Kəpəz"i məğlub edib - 2:1.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Neftçi"ni 3:0, "Sabah" "Səbail"i 3:2 hesabı ilə üstələyib. "Araz-Naxçıvan" - "Turan Tovuz" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.

Tarix
2025.04.20 / 21:45
Müəllif
Axar.az
Digər xəbərlər

Nikol: Buna Azərbaycanın razılığı lazım olacaq

Ağ Ev tarixi görüşün görüntüsünü yaydı - Video

İrandan sülh razılaşmasına reaksiya: Bundan narahatıq!

Bu tarixi hadisə Cənubi Qafqazda... – TDT baş katibi

İki ölkə vətəndaşları arasında ticarətin başlanması...

Səudiyyədən sülh razılaşması ilə bağlı açıqlama

Bu əraziləri Azərbaycana qaytarmalıyıq - Paşinyan

XİN-dən Vaşinqton görüşünün detalları ilə bağlı açıqlama

Tokayevdən sülh razılaşmasına reaksiya

Tramp İlham Əliyevə papaq hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla