Yuxarı

Azərbaycan millisi fantastik qələbə qazandı - Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox xoş oldu, gözəl ab-hava vardı. Nəticədən öncə buradakı atmosfer çox cəlbedici idi.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında Rumıniyaya qalib gəldiyi 1/8 final oyunu barədə danışarkən deyib.

53 yaşlı mütəxəssisin sözlərinə görə, bu, bir daha Azərbaycanda futbola marağın olduğunu və bu minifutbolun da sevildiyini göstərir: "Sadəcə, azarkeşləri bir az da fəallaşdırmaq lazımdır. Əlbəttə, onları öz oyunumuzla, işimizlə cəlb etməliyik".

O, son dünya çempionu üzərində qələbəni çox fantastik adlandırıb: "Bu, futbolda final oyununa bərabər idi. Penalti seriyasında qalibiyyət əldə etdik. Oyundan çox həzz aldım".

Qurbanov bildirib ki, Azərbaycan millisinin dünya çempionluğunu yalnız arzu etmək olar:

"Əlbəttə, bir az üstünlük var. Amma bu, idmandır. Burada istənilən nəticə ola bilər. İkinci oyundur bura gəlirəm. Hiss olunur ki, futbolçularımızda həyəcan var. İlk dəfədir Bakıda belə bir yarış keçirilir. Fürsətdən istifadə edərək, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədova təşəkkürümü bildirmək istəyirəm. Bəlkə hamı bu yarışa "kiçik" baxır. Amma ümumi götürsək, təşkilatçılığı, minifutbola marağı, azarkeşlərin belə bir inamını böyük futbolda da görməyi çox istərdim".

Baş məşqçi bu cür azarkeş dəstəyinin "Qarabağ"ın avrokubok oyunlarında da olduğunu vurğulayıb:

"Ola bilsin, çempionat matçlarında azarkeş dəstəyi zəifdir. Ümidvaram ki, o da olacaq. Bu gün 4-5 min azarkeşi belə bir gözəl arenaya yığmaq olursa, gələcəkdə stadionlara da cəlb etmək mümkündür. Onları gözləyəcəyik. Futbolda hər bir komandanın öz azarkeşi olur. Bəzi azarkeşlər, fanatlar nəticəyə görə yox, öz komandalarından ötrü gəlirlər. Biz bir tərəfdən uduzuruqsa, digər tərəfdən udsaq, bəzi problemlərimiz azalar. Azarkeşlər stadionlarda olsalar, bizə dəstək, futbolçulara güc verərlər. O problemlər həll olunsa, digərləri də həll olunacaq".

Tarix
2025.05.28 / 01:08
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Laçın aeroportundan paylaşımı - Video

Ərdoğandan Laçın aeroportu ilə bağlı paylaşım...

“3 qardaş”a qarşı Hindistanın “3 qardaş” ittifaqı...

Azərbaycan və Avropa Birliyi razılığa gəldi

Bayramovdan Darla bağlı paylaşım: Səni Laçında görmək...

Hər üç ölkənin Qəzza ilə bağlı mövqeyi... - Şərif

Kanada səfiri Azərbaycanı təbrik etdi

Onlar İlham Əliyevi təbrik etdi

Ərdoğanın Azərbaycana səfəri başa çatdı

Araz Musayevə hücumun görüntüləri yayıldı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla