Yuxarı

Dollar tüməni çökdürür, rubl isə... – Qonşularda məzənnə

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dollar tüməni çökdürür, rubl isə... – Qonşularda məzənnə

Dünya bazarında neft qiymətlərinin artıq bir müddətdir 55 dollar civarında dəyişməsi Rusiyada milli valyutanın güclənməsini şərtləndirib.

Axar.az xəbər verir ki, bu gün səhər saatlarından neftin cüzi ucuzlaşması da rubla psixoloji təsir göstərə bilməyib və Moskva birjasında dollar 60,8 rubla enib. Avro da səhər saatlarından 0,33 rubl enərək, 63,47 rubla satılır.

Ekspertlərin proqnozlarına görə, Rusiya dolların 60 rubldan aşağı düşməsinə imkan vermir. Səbəb isə ölkənin ixrac edilən mallarının maya dəyərinin ucuzluğunu və rəqabət qabiliyyətini qorumaqdır.

Türkiyədə dolların kursu demək olar ki, dəyişməyib. Bir müddət öncə kəskin bahalaşma ilə 3,5 lirəlik tarixi maksimuma yüksələn dollar hazırda 3,51 lirə civarında sabitləşməkdədir.

ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları gücləndirməsi, həmçinin ABŞ-İran münasibətlərində yaranan son günlərdəki problem, həmçinin yeni prezident Donald Trampın İranla nüvə sahəsində bağlanan müqavilələri mənasız adlandırması cənub qonşumuzda dolların bahalaşmasına səbəb olub. Ötən həftə 3910-3950 tümən civarında dəyişən dollarda dünəndən kəskin bahalaşma özünü göstərib. Hazırda İranda 1 dollar 4122 tüməndir və bahalaşma davam edir.

Azərbaycanda isə ötən gün 1,7575 manat olan dollar bu gün hərracda 1,7620 manata satılıb.

Tarix
2016.12.22 / 12:36
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla