"Blumberq" saytı dünyada qazın qiyməti ilə bağlı maraqlı
araşdırma aparıb.
Axar.az xəbər verir ki, dünya ölkələrində qazın qiyməti ilə
statistik məlumatların yer aldığı araşdırma zamanı zonalar 5 qrupa
ayrılır. Şimali Amerika, Cənubi Amerika, Avropa, Orta Şərq və
Afrika və Asiya-Sakit Okean hissələrinə ayrılan dünya xəritəsində
qazı ən baha satan ölkə Norveç hesab edilir. Bu qiymətləndirmə "1
ABŞ qallonu"na (1 US gallon – 3,78541178 litr) əsasən aparılır.
Dünyanın ən ucuz yaxşı təmizlənməmiş qazını isə Venesuela satır.
Bir qallon qaz 0, 04 dollardır. 31 mart–29 aprel arasında aparılan
araşdırmada 61 dövlətdə qeydə alınan rəqəmlər yer alıb.
Norveçdə bir qallon qaz 9,79 dollar hesab edilir. Məhz bu yüksək
qiymət ölkə vətəndaşlarını elektrik enerjisi ilə işləyən
avtomobillərdən istifadə etməyə məcbur edir. Dünya ölkələri
arasında elektriklə işləyən avtomobillərin ən çox istifadə edildiyi
ölkə elə Norveçdir. Əhalinin 6 faizi elektriklə işləyən
avtomobillərdən istifadə edir. Norveç vətəndaşlarının günlük gəliri
ortalama 273 dollardır ki, onun da təxminən 3,5 faizini yanacağa
verirlər.
Dünyanın ən bahalı yanacaq satan ikinci ölkəsi olan Niderlandda
1 qallon qaz 9,46 dollardır. Gündəlik ortalama gəliri 136 dollar
olan vətəndaşlar bunun 6,9-nu yanacağa xərcləyirlər. Ötən ilə
nisbətən yanacağın qiymətində 1,4 faiz ucuzlaşsa da, əhalinin
avtomobildən istifadəsi də azalır. Belə ki, Avropada ən çox
velosiped sürənlər Hollandiyadır.
Dünyanın ən ucuz qaz satan ölkələrin üçlüyündə Küveyt, Səudiyyə
Ərəbistanı və Venesuela durur. Hazırda 1 qallon qazın qiyməti
Küveytdə 0,81 dollar, Səudiyyə Ərəbistanında 0,45 dollar,
Venesuelada isə 0,04 dollardır.
Xatırladaq ki, bu araşdırma zamanı "Qazprom", "Çevron"
(Chevron), "Ekson Mobayl" (Exxon Mobile) kimi iri şirkətlərin
təqdim etdiyi rəqəmlər nəzərə alınıb.