Yuxarı

Türkiyə Xəzərə 1 milyard sərmayə qoydu

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə Xəzərə 1 milyard sərmayə qoydu

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz yatağının işlənməsi ilə əlaqədar Türkiyə Petrolları Anonim Ortaqlığı (TPAO) şirkətinin payının maliyyələşdirilməsi üzrə Ankarada kredit sazişi imzalanıb.

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın iştirakı ilə imzalanan saziş TPAO ilə "Vakıf BANK" və "Türkiyə İş Bankı" arasında 1 milyard ABŞ dolları məbləğində maliyyələşdirməni nəzərdə tutur.

Ankarada imzalanan kredit sazişi TPAO-nun "Şahdəniz" layihəsində əlavə 10 faiz pay əldə etməsi çərçivəsində maliyyələşdirməni təmin etməyə imkan verəcək.

Kredit sazişinin imzalanması mərasimində T.Yıldız Trans-Anadolu qaz kəməri (TANAP) layihəsində "Botaş" şirkətinin payının 20-dən 30 faizədək və TPAO-nun "Şahdəniz" layihəsində payının isə 9-dan 19 faizədək artırılmasının zəruriliyini qeyd edib.

Nazir əlavə edib ki, ötən il bu layihələrin mənfəəti 265 milyon dollar olub: "2014-2015-ci illərdə bu məbləği 2 dəfə (qeyd edilən layihələrdə iştirak payının artırılması sayəsində) artırmağı planlaşdırırıq".

Trend

Tarix
2014.08.21 / 19:49
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

Zal Yusifovun oğlunun işi: Səs yazısı var...

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla