Yuxarı

ABB-dən “E-manat”da kart hesablarına mədaxil etmək imkanı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Beynəlxalq Bankı müştərilərin çoxsaylı müraciətlərini nəzərə alaraq, onların işini asanlaşdıran və vaxtına qənaət edən daha bir yeni xidmətini təqdim edib. Belə ki, indiyə qədər bankın müştəriləri “E-manat” terminalları vasitəsilə kredit ödənişlərini həyata keçirə bilirdi. Lakin artıq bankın müştəriləri “E-manat” terminalları vasitəsilə öz kart hesablarının balansını da artıra biləcəklər. Vəsaiti bu üsulla həm debet, həm də kredit kartı hesablarına mədaxil etmək mümkündür.

Axar.az xəbər verir ki, bunun üçün “E-manat” terminallarında Azərbaycan Beynəlxalq Bankını seçdikdən sonra “Fiziki şəxslər - karta mədaxil” bölməsini tapmaq, müvafiq məlumatları və vəsaiti daxil etmək kifayətdir. Onu da qeyd etmək lazımdır ki, bu zaman müştərilərdən heç bir əlavə komisyon haqqı tələb olunmur.

Elektron xidmət infrastrukturunu daim inkişaf etdirməklə Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə nağdsız ödəniş ənənələrinin genişlənməsinə töhfə verməyə çalışır. Bankın müxtəlif çeşiddə plastik kartlarını bu linkdən onlayn sifariş vermək mümkündür: https://www.ibar.az/az/individual/plastic-cards/

“Qayğıkeş” klubu çərçivəsində bankla tərəfdaşlıq edən alış-veriş məkanlarında ödənişləri Azərbaycan Beynəlxalq Bankının plastik kartları və POS terminalları vasitəsilə aparan zaman ödənilmiş məbləğin müəyyən hissəsi elə yerindəcə müştərinin kart hesabına geri qayıdır.

Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə ən böyük ATM şəbəkəsinə malik olan və ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. VISA, Mastercard, American Express, Union Pay, Diners Club, JCB kimi beynəlxalq ödəniş sistemləri ilə gerçəkləşdirdiyi müştərək layihələr sayəsində bank müştərilərinə dünyanın hər bir yerində faydalana biləcəkləri geniş çeşidli kart məhsulları və özəl üstünlüklər təqdim edir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Tarix
2019.04.10 / 12:44
Müəllif
Axar.az
Digər xəbərlər

Hindistanın Azərbaycanı bir güllə atmadan məhv etmək "planı"

Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok

Azərbaycan-Rusiya münasibətləri müzakirə olundu

Prezident Samir Nuriyevə yeni vəzifə verdi - Sərəncam

Azərbaycan XİN Danimarkanı təbrik etdi

Paşinyan 3-cü savaşa başladı, ermənilərə çağırış etdi

Mişustin Azərbaycanı da bu sistemə qoşulmağa çağırdı

Arxivdən Bakıya material ötürülüb? – İrəvan casus axtarır

Deputatdan müjdə: Bu, maaşların artmasına səbəb olacaq!

Əli Əsədov Düşənbədə mühüm görüşdə iştirak edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla